“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.01.2013, 16:56
1569

Azərbaycan tarixi günbəgün: 24 yanvar

A- A+

24 yanvar 1945 - İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanov Latviyanın Liepay rayonunda alman faşistləri ilə döyüşdə həlak olub.

Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəranda anadan olub, Bakı və Leninqradda hərbi məktəblərdə oxuyub. 1942-ci ilin dekabrında Stalinqrad döyüşlərində göstərdiyi igidliyə görə 55-ci tank briqadasının komandiri polkovnik Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verilib.

1944-cü ildə general-mayor H.Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneçik törədib. 1991-ci ildə Həzi Aslanova ölümündən sonra ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib.

 

24 yanvar 1992 - Azərbaycan parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edib. Avropa Şurası Parlament Assambleyası 1996-cı ildə Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusu verdi.

 

24 yanvar 2002 - Prezident Heydər Əliyevin Rusiyaya dövlət səfəri zamanı Qəbələ radiolokasiya stansiyasının (RLS) statusuna dair saziş imzalanıb. Qəbələ RLS ("Daryal" Analitik-İnformasiya Mərkəzi) Azərbaycanın mülkiyyəti kimi təsbitlənib və Rusiyaya 10 illiyə (hər il üçün 7 mln. dollar) icarəyə verilib. Səfər gedişində iki ölkə arasında 2002-2010-cu illər üzrə iqtisadi tərəfdaşlıq müqaviləsi də imzalanıb.

 

24 yanvar 2005 - Prezident İlham Əliyev İran İslam Respublikasına rəsmi səfərə gedib. Səfər çərçivəsində Azərbaycan prezidenti ilk dəfə Cənubi Azərbaycanın mərkəzinə - Təbrizə gedərək burada yenicə açılmış Azərbaycan konsulluğuna baş çəkib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi