“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
11.01.2013, 10:05
1398

Azərbaycan tarixi günbəgün: 11 yanvar

A- A+

11 yanvar 1920 – I Dünya müharibəsinin yekunlarına həsr olunmuş Versal (Paris) sülh konfransının Ali Şurasında Böyük Britaniyanın xarici işlər naziri Kerzonun təklifi ilə Azərbaycan Xalq Cümhuriyyətinin tanınması barədə qərar qəbul olunub.

Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi nümayəndə heyəti Qərb dairələri ilə aparılan birillik gərgin danışıqlardan sonra buna nail olmuşdu. Paris sülh konfransının rəsmi qərarın yanvarın 15-də Azərbaycan nümayəndə heyətinə rəsmən təqdim olundu.

 

11 yanvar 1994 – Azərbaycan Latviya və Slovakiya ilə diplomatik münasibətlər qurub. Hər iki ölkə Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 8-də tanımışdı.

 

11 yanvar 2003 – Prezident Heydər Əliyevə "ANS" Müstəqil Yayım və Media Şirkətinin və "Çingiz Mustafayev Fondu"nun təsis etdiyi "2002-ci ilin adamı" mükafatı təqdim edilib. Dövlət başçısı bu mükafata 2002-ci il ərzində Azərbaycanın xarici siyasətində əldə olunmuş mühüm nəticələrə görə layiq görülmüşdü:

Rusiya ilə Qəbələ RLS-in statusu və Xəzərin dibinin bölünməsi üzrə sazişlərin imzalanması;

Azərbaycan-Türkiyə-Gürcüstan təhlükəsizlik sazişinin imzalanması;

Azərbaycan-İran münasibətlərinin sahmanlanması.

Hazırladı: Vüqar Orxan 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi