Azərbaycan tarixi günbəgün: 26 yanvar
26 yanvar 2002 – ABŞ prezidenti Corc Buş 1992-ci ildən Azərbaycana qarşı tətbiq edilən qadağının - «Azadlığa Dəstək Aktı»na 907 saylı düzəlişin qüvvəsinin dayandırılması barədə sənədi imzalayıb.
26 yanvar 1863 – Maarifçi alim, ədəbiyyatşünas və publisist Firudin bəy Köçərli (1863-1920) Şuşada anadan olub. Firudin bəy Köçərli Zaqafqaziya Müəllimlər Seminariyasının (Qori, Gürcüstan) Azərbaycan bölməsində dərs deyib, 1906-cı ildə Azərbaycan bölməsinin Qazaxa köçürülməsinə nail olub və ömrünün sonunadək ona rəhbərlik edib. Xalq Cümhuriyyəti Milli Şurasının üzvü olub. 1920-ci ildə Gəncədə antisovet üsyanı zamanı bolşevik ermənilər tərəfindən güllələnib.
26 yanvar 1992 – Azərbaycan Milli Ordusunun Dağlıq Qarabağdakı ilk böyük əməliyyatı uğursuzluğa düçar olub. Müdafiə naziri Tacəddin Mehdiyevin rəhbərlik etdiyi batalyonun Şuşanın Daşaltı kəndində pusquya düşməsi nəticəsində 70-ə yaxın hərbçimiz həlak olmuşdu.
26 yanvar 2002 – ABŞ prezidenti Corc Buş 1992-ci ildən Azərbaycana qarşı tətbiq edilən qadağının - «Azadlığa Dəstək Aktı»na 907 saylı düzəlişin qüvvəsinin dayandırılması barədə sənədi imzalayıb. 1992-ci ilin oktyabrında Konqresdəki erməni lobbisinin təşəbbüsü ilə qəbul edilən sənəd Azərbaycana Amerika yardımlarını qadağan edirdi.
Azərbaycan uzun müddət bu qadağanın ləğvinə çalışsa da, ABŞ administrasiyası yalnız 2001-ci sonunda, Əfqanıstandakı antiterror kampaniyasında Azərbaycanı özünə müttəfiq görəndən sonra 907-nin qüvvəsinin dayandırılması üçün praktik addımlar atdı.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: