“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
13.01.2013, 20:44
1340

Azərbaycan tarixi günbəgün: 13 yanvar

A- A+

13 yanvar 1990 – Bakının “Azadlıq” meydanındakı izdihamlı mitinqdə Azərbaycan Xalq Cəbhəsi tərəfindən “Milli Müdafiə Şurası”nın yaradıldığı elan olunub. Bu, faktiki olaraq müxalifətin respublikada hakimiyyəti ələ keçirməyə hazırlaşdığını bəyan etməsi idi.

Elə həmin gün sovet xüsusi xidmət orqanlarının gizli əməkdaşlarının təhriki ilə Bakıda yaşayan ermənilərə qarşı talanlar başlanıb. SSRİ KQB-sinin ssenarisi üzrə başlanan bu məqsədli təxribat Bakıya ordu birləşmələrinin yeridilməsini (20 Yanvar qırğını) əsaslandırmalı idi. Üç gün sürən talanlardan sonra ermənilərin Bakıdan kütləvi köçü (təxminən 200 min nəfər) başlandı.

Əlavə bax:

http://www.mediaforum.az/print.php?lang=az&article_id=20060120083526770&page=05

 

13 yanvar 1991 – Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Şaumyan (kənd) rayonu inzibati-ərazi vahidi kimi ləğv edilib və onun ərazisi Goranboy rayonuna birləşdirilib.

 

13 yanvar 1997 – Prezident Heydər Əliyev Fransa prezidenti Jak Şirakın dəvətilə Parisə rəsmi səfərə gedib. Səfər gedişində (13-17 yanvar) ikitərəfli sazişlər, o cümlədən Xəzərin Azərbaycan sektorundakı “Lənkəran-dəniz” və “Talış-dəniz” yataqlarının Fransanın “Elf-Akiten” və “Total” şirkətləri ilə birgə işlənməsinə dair müqavilələr imzalanıb. 

 

Hazırladı: Vüqar Orxan 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi