Azərbaycan tarixi günbəgün: 3 yanvar
3 yanvar 1804 - Gəncə xanı Cavad xan oğlu ilə birlikdə general Pavel Sisianovun başçılıq etdiyi rus qoşunları ilə döyüşdə qəhrəmancasına həlak olub.
Cavad Şahverdi xan oğlu 19 il (1785-1804) Gəncənin xanı olmuş, Azərbaycanın tarixində vətənpərvər, mərd və cəsur sərkərdə kimi qalmışdır.
Çar Rusiyasının Gəncə xanlığını işğal etməsi ilə Azərbaycanın digər xanlıqlarının işğalına da yol açılmış oldu.
3 yanvar 1907 - Məşhur pianoçu, Xalq artisti, professor Kövkəb Kamil qızı Səfərəliyeva (1907 - 1985) anadan olub.
3 yanvar 1955 - İctimai-siyasi xadim Oqtay Əsədov anadan olub. 2000, 2005 və 2010-cu illərdə Milli Məclisin deputatı seçilib. 2005-ci ilin dekabrından parlamentin sədridir.
3 yanvar 1990 - SSRİ rəhbərliyinin qərarı ilə Sovet Ordusunun hissələri “erməni əhalisinin müdafiəsi məqsədilə” Azərbaycan ərazisinə yeridilməyə başlayıb. Bu, 20 Yanvar qırğınına hazırlıq idi.
3 yanvar 2004 - Bakıda Azərbaycan Respublikasının Nazirlər Kabineti və ABŞ-ın Müdafiə Nazirliyi arasında “Kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasında əməkdaşlıq haqqında saziş” imzalanıb.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: