Azərbaycan tarixi günbəgün: 7 yanvar
7 yanvar 1907 – Azərbaycanın tanınmış qeoloqu, akademik Mirəli Qaşqay (1907-1977) Cəncədə anadan olmuşdur. Görkəmli alim bütün ömrünü Qafqazın geologiyasını və faydalı qazıntılarını öyrənməyə həsr etmişdir.
Mirəli Qaşqayın "Azərbaycan əsasi və ultrasəsi süxurları", "Azərbaycan mineral suları", “Daşkəsənin petrologiyası və metallogeniyası", "Alunitlər, onların genezisi və istifadəsi" və s. fundamental əsərləri dünya elminə qiymətli töhfədir.
1977-ci il aprelin 23-də Bakıda vəfat etmişdir.
Əlavə bax:
http://www.kataloq.net/v2/shexsler/Mir%C9%99li-Qa%C5%9Fqay-97
7 yanvar 1992 – Birləşmiş Ştatların prezidenti Corc (ata) Buş Azərbaycan Respublikasının dövlət müstəqilliyinin tanınması barədə Bakıya məktub göndərib.
Həmin vaxtadək Azərbaycanın müstəqilliyini dünyanın 50-dək dövləti tanımışdı.
1992-ci il fevralın 28-də Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında diplomatik münasibətlər quruldu.
7 yanvar 2001 – Azərbaycanda 2000-ci ilin 5 noyabr parlament seçkilərindən sonra nəticələri ləğv olunmuş 11 seçki dairəsində Milli Məclisə təkrar seçkilər keçirilib.
Həmin dairələrdə seçkilərin nəticələri baş vermiş qanun pozuntuları səbəbindən ləğv edilmişdi.
Təkrar seçkilərin yekunlaşması ilə ikinci çağırış Milli Məclisin 124 deputatdan (Xankəndi dairasi istisna olmaqla) ibarət tam tərkibi formalaşdı.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: