“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
12.01.2013, 10:01
1290

Azərbaycan tarixi günbəgün: 12 yanvar

A- A+

12 yanvar 1989 – SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiq edilməsi haqqında” fərman verib...

12 yanvar 1908 – Dahi bəstəkar Üzeyir Hacıbəyovun müəllifi olduğu ilk Azərbaycan operası - “Leyli və Məcnun” tamaşaya qoyulub. “Leyli və Məcnun” müsəlman Şərq dünyasında ilk opera əsəri idi. Premyera öncəsi Bakı küçələrinə vurulan ilk afişa bu məzmunda idi: “Müsəlman dilində əvvəlinci dəfə opera. “Leyli və Məcnun”. Şənbə günü, axşam, yanvarın 12-si (yeni təqvimlə 25-i) “Nicat” maarif cəmiyyətinin dram heyəti tərəfindən mövqe-tamaşaya qoyulacaq”.

 

12 yanvar 1989 – SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiq edilməsi haqqında” fərman verib. Fərmana əsasən, Dağlıq Qarabağın Azərbaycan tərkibində muxtar vilayət statusu saxlanılmaqla bölgədə birbaşa Moskvaya tabe olan “Xüsusi İdarə Komitəsi” yaradıldı. Moskvanın qərarı guya münaqişənin səngiməsinə yönəlmişdi. Gerçəkdə isə Arkadi Volskinin rəhbərlik etdiyi “komitə” Dağlıq Qarabağın Azərbaycanın suverenliyindən çıxarılmasına xidmət edirdi. Əhalinin geniş etiraz çıxışlarından sonra “Xüsusi İdarə Komitəsi” 1989-cu ilin noyabrında Bakının formal tabeçiliyində olan Təşkilat Komitəsi ilə əvəzləndi.

 

12 yanvar 1995 – Azərbaycan Resoublikası ilə Uruqvay arasıında diplomatik münasibətlər qurulub.

 

12 yanvar 2004 – Prezident İlham Əliyev Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında və Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında sərəncamlar imzalayıb. Azərbaycan Milli Ensiklopediyasının ilk xüsusi nəşri - “Azərbaycan” cildi 2007-ci ildə çapdan çıxdı.

Hazırladı: Vüqar Orxan 

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi