“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
09.01.2013, 20:49
1239

Azərbaycan tarixi günbəgün: 9 yanvar

A- A+

9 yanvar 1991 – Laçın-Yevlax yolunda “UAZ-469” hərbi maşını ermənilər tərəfindən gülləbaran edilib, 4 nəfər, o cümlədən “Molodyoj Azerbaydjana” qəzetinin xüsusi müxbiri Salatın Əsgərova qətlə yetirilib...

9 yanvar 1903 – Azərbaycan teatrının tanınmış simalarından olan Ülvi Rəcəb (1903-1938) anadan olmuşdur. Ülvi Rəcəb Stalin repressiyalarının qurbanı olub. 1937-ci ildə "xalq düşməni" damğası ilə tutulub. 1938-ci ilin yanvarında Bakıda güllələnib. 

 

9 yanvar 1990 – Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın Azərbaycandan qoparılmasını hədəfləyən dair daha bir sənəd - “DQMV-nin sosial-iqtisadi inkişaf planının Ermənistan SSR-in dövlət planına daxil edilməsi haqqında” qərar qəbul edib. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti qərarı respublikanın suverenliyinə qəsd olaraq qiymətləndirib və SSRİ Ali Sovetinin Rəyasət Heyətinə müraciət edib. SSRİ Ali Sovetinin Rəyasət Heyəti isə Ermənistanın addımını pisləyən qərar qəbul etməklə kifayətləndi.

 

9 yanvar 1991 – Erməni terroru Azərbaycan ərazisində növbəti qanlı aksiyanı həyata keçirib. Laçın-Yevlax yolunun 6-cı km-də Sovet Ordusuna məxsus “UAZ-469” markalı hərbi maşının gülləbaran edilməsi nəticəsində 4 nəfər, o cümlədən “Molodyoj Azerbaydjana” qəzetinin xüsusi müxbiri Salatın Əsgərova və bölgədəki hərbi komendantlığın qulluqçuları olan 3 rus zabiti qətlə yetirilib. Ölümündən sonra Salatın Əsgərovaya "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi.

 

9 yanvar 1994 – Azərbaycanla Vatikan dövləti (ölkəmizin müstəqilliyini 1992-ci il mayın 23-də tanıyıb) arasında diplomatik münasibətlər qurulub.

 

9 yanvar 2001 – Rusiya prezidenti Vladimir Putinin Bakıya rəsmi səfərə gəlib. Bu, iki dövlət arasında münasibətlərin 10 illik tarixində Rusiyanın dövlət başçısının Azərbaycana ilk rəsmi səfəri idi. Səfər Azərbaycan-Rusiya əlaqələrində etimad havasının əsasını qoyub. Heydər Əliyev-Vladimir Putin danışıqlarının yekunu olaraq iki ölkə arasında bir sıra mühüm sənədlər, o cümlədən ikitərəfli münasibətlər haqqında Bakı bəyannaməsi və Xəzər dənizində əməkdaşlıq haqqında bəyanat imzalanıb.

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi