“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
30.01.2013, 16:54
1204

Azərbaycan tarixi günbəgün: 30 yanvar

A- A+

30 yanvar 1992 – Azərbaycan Respublikası Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına üzv qəbul olunub...

 

30 yanvar 1992 – Praqada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (1995-ci il yanvarın 1-dən ATƏT) ölkələri Xarici İşlər Nazirləri Şurasının toplantısında Azərbaycan və Ermənistan təşkilata üzv qəbul olunub. Təşkilat Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmaq üçün regiona missiya göndərmək barədə qərar qəbul edib. ATƏM Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatı olmuşdur.

 

30 yanvar 1992 – Azərbaycan və Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) arasında diplomatik əlaqələr qurulub.

 

30 yanvar 1998 – Prezident Heydər Əliyev Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 80 illiyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

 

30 yanvar 2002 – Prezident Heydər Əliyev Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün Nyu-Yorka gedib. 1960-cı ildən etibarən hər il İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun Nyu-Yorkda təşkil edilməsi 2001-ci ilin 11 sentyabr terrorundan sonra beynəlxalq birliyin Amerika ilə həmrəylik jesti idi. Azərbaycan prezidenti 11 sentyabr terroru qurbanlarının xatirə memorialını ziyarət edib.

 

30 yanvar 2003 – Bakıda Azərbaycan və Ukrayna arasında hərbi əməkdaşlıq sazişi imzalanıb. Ukraynanın müdafiə naziri Vladimir Şkidçenko ölkəsinin Ermənistanla hərbi əlaqələr qurarkən Dağlıq Qarabağ münaqişəsin diqqətə aldığını bildirib. 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi