Azərbaycan tarixi günbəgün: 27 yanvar
27 yanvar 1906 – Tanınmış tarixçi alim Sara Aşurbəyli (1906-2001) anadan olub. Alim orta əsrlər Azərbaycan şəhərlərinin tarixinə dair dəyərli araşdırmalar aparıb.
Əsərləri ingilis, fransız dillərində çap edilib. Azərbaycan Rəssamlar İttifaqının üzvü olub, boyakarlıq əsərlərinin müəllifidir.
27 yanvar 1912 – Görkəmli neftçi, professor Eyyub Tağıyev (1912-1967) anadan olmuşdur. Eyyub Tağıyev Sibirdə zəngin neft yataqlarının kəşfində iştirak edib, Argentina və Braziliyada çalışıb. Üç dəfə Stalin mükafatına layiq görülmüş yeganə azərbaycanlıdır. 1967-ci il yanvarın 17-də vəfat edib.
27 yanvar 1950 – Hərbi xadim, general-polkovnik Səfər Axundbala oğlu Əbiyev Bakıda anadan olub. Səfər Əbiyev 1993-1994-cü illərdə Azərbaycanın ordu komandanlığında yüksək vəzifələr tutub. 1995-ci il fevralın 6-dan 2014-cü il oktyabrın 22-dək Azərbaycanın müdafiə naziri olub.
27 yanvar 1995 – Azərbaycan prezidenti Heydər Əliyev ilk dəfə Dünya İqtisadi Forumunda (Davos Forumu) iştirak etmək üçün İsveçrəyə gedib. Səfər gedişində Azərbaycan rəhbəri çoxsaylı görüşlər keçirmiş, energetika ilə bağlı sessiyasında çıxış etmişdi.
27 yanvar 2003 – Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin başçısı İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti və Büro üzvü seçilib. İlk dəfə olaraq Azərbaycanın nümayəndəsi mötəbər beynəlxalq qurumun rəhbərliyində təmsil olunub.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: