“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
19.01.2013, 17:14
1361

Azərbaycan tarixi günbəgün: 19 yanvar

A- A+

19 yanvar 1993 - Azərbaycan parlamenti “Dövlət gerbi haqqında” Konstitusiya Qanunu qəbul edib...

 

19 yanvar 1873 - Azərbaycanın ilk maarifçi qadınlarından biri, yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım Əhmədbəy qızı Məmmədquluzadə-Cavanşir (1873-6.2.1955) Ağcabədi rayonunun Kəhrizli kəndində anadan olub. Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri olub. C.Məmmədquluzadənin bioqrafiyasını, M.Ə.Sabir haqqında xatirələrini yazıb, Azərbaycan yazıçılarının əsərlərini ruscaya tərcümə edib.

 

19 yanvar 1990 - Naxçıvan MSSR Ali Soveti muxtar respublikanın SSRİ tərkibindən çıxması barədə qərar qəbul edib. Bu, SSRİ-də muxtar qurum tərəfindən qəbul edilən ilk belə qərar idi. Naxçıvanın Ermənistan tərəfindən blokadaya alınmasına və bölgəyə edilən silahlı hücumlara qarşı SSRİ rəhbərliyinin tədbir görməməsinə cavab olaraq belə bir qərar qəbul olunmuşdu. Naxçıvan Ali Soveti Qars müqaviləsinin (1921) tələblərini əsas tutaraq kömək üçün Türkiyəyə, eləcə də BMT-yə müraciət edib.

 

19 yanvar 1992 - Erməni silahlı qüvvələri Şuşa rayonunun Kərkicahan kəndini işğal ediblər.

 

19 yanvar 1993 - Azərbaycan parlamenti “Dövlət gerbi haqqında” Konstitusiya Qanunu qəbul edib. Xalq Cümhuriyyəti dövründə Dövlət gerbi haqqında müsabiqə elan edilsə də (yanvar 1920), onu başa çatdırmaq mümkün olmamışdı. 1991-ci ildə Ali Sovetin qərarı ilə yeni müsabiqə elan olundu və Cümhuriyyət dövründə hazırlanmış layihələrdən biri cüzi dəyişikliklərlə Dövlət gerbi kimi təsdiq edildi. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən qalxan təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri var. 

Hazırladı: Vüqar Orxan 

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi