Azərbaycan tarixi günbəgün: 8 mart
8 mart 1996 – Azərbaycan və Gürcüstan arasında tərəfdaşlıq və qarşılıqlı təhlükəsizlik yardımı haqqında saziş imzalanıb.
8 mart 1338 - Azərbaycan filosofu, şair, Orta Əsrlər müsəlman Şərqinin görkəmli mütəfəkkiri Əvhadi Marağai (Ruhnəddin) vəfat edib. Sufilik fəlsəfəsinə əsaslanan poetik əsərlərin, şeir və poemaların (ən məşhuru «Cəmşid piyaləsi») müəllifidir. Dəqiq təvəllüdü məlum deyil, 1274-cü ildə Marağada doğulduğu təxmin edilir.
8 mart 1911 - Xalq artisti Ağadadaş Qurbanov (1911-25.6.1965) anadan olub. 1927-ci ildən Dövlət Gənc Tamaşaçılar Teatrında, 1952-ci ildən Dövlət Dram Teatrında çıxış edib. “Arşın mal alan” (1965) filmində Soltan bəy rolunda çəkilib.
8 mart 1996 – Azərbaycan prezidenti Heydər Əliyev Gürcüstana ilk rəsmi səfərə gedib. Səfər gedişində iki ölkə arasında tərəfdaşlıq və qarşılıqlı təhlükəsizlik yardımı haqqında saziş və digər müqavilələr imzalanıb.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: