Azərbaycan tarixi günbəgün: 17 mart
17 mart 1995 - Bakıda Xüsusi Təyiatlı Polis Dəstəsinin qaldırdığı qiyam güc tətbiq edilməsi ilə yatırılıb.
17 mart 1918 - Cənubi Azərbaycanın Urmiya şəhərində xarici ölkə diplomatlarının (Britaniya, ABŞ, Fransa, Rusiya konsulları) gözü qarşısında erməni quldur dəstələri azərbaycanlı əhaliyə divan tutublar, mindən çox müsəlman-türk qətlə yetirilib.
17 mart 1920 - Bolşevik Rusiyasının rəhbəri Lenin Bakını işğal etmək barədə Qafqaz Cəbhəsi Hərbi İnqilab Şurasına teleqram göndərib. İnqilab Şurasının üzvləri Smilqa və Orcenikidzeyə göndərilən teleqramda deyilirdi: “Bakını zəbt etmək bizə olduqca zəruridir, bütün səylərinizi buna verin”. Bir ay sonra (28 aprel) Bakı nefti bolşeviklərin əlinə keçdi.
17 mart 1991 - SSRİ-də ittifaqın saxlanılması məsələsi ilə bağlı referendum keçirilib. Rəsmi məlumatlara əsasən, referendumda əhalinin 76 faizi SSRİ-nin saxlanılmasına səs vermişdi. Altı respublikanda (Latviya, Estoniya, Litva, Ermənistan, Gürcüstan, Moldova), həmçinin Azərbaycanın Naxçıvan Muxtar Respublikasında referendum keçirilməmişdi. Azərbaycanda referendumun rəsmi nəticələrinə görə, əhalinin 75 faizinin SSRİ-nin saxlanılmasına tərəfdar olduğu elan edildi.
17 mart 1995 - Bakıda Xüsusi Təyiatlı Polis Dəstəsinin qaldırdığı qiyam zəruri güc tətbiq edilməsi ilə yatırılıb. Qiyama başçılıq edən polkovnik Rövşən Cavadov öldürülüb. Güc strukturlarının keçirdiyi əməliyyatdan sonra prezident Heydər Əliyevin yanında keçirilən müşavirədə dövlət çevrilişinə cəhdin təfərrüatı geniş müzakirə olunub.
17 mart 2004 - Prezident İlham Əliyevin imzaladığı əfv fərmanına əsasən, 129 məhkum, o cümlədən dövləti cinayətlərə görə məhkum edilmiş 42 nəfər azadlığa çıxıb.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: