“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
13.04.2013, 12:25
1475

Azərbaycan tarixi günbəgün: 13 aprel

A- A+

13 aprel 1994 – Erməni terrorçuları Dağıstan ərazisində Moskva-Bakı sərnişin qatarını partladıblar.

13 aprel 1918 – Trabzon konfransı nəticəsiz bitdikdən sonra Zaqafqaziya Seymi türk qoşunlarının yürüşünü dayandırmaq üçün Osmanlıya müharibə elan etmək barədə qərar qəbul edib. Seymin azərbaycanlı fraksiyası qərara qoşulmamışdı. Qərar formal xarakter daşıyırdı, çünki Seymin real ordu qüvvəsi yox idi. Buna cavab olaraq türk qoşunları Qars və Ərdəhanın ardınca Batumu tutdu və Ermənistan (Gümrü) istiqamətində irəliləməyə başladı. Mayın əvvəlində Zaqafqaziya hökuməti Türkiyə ilə yeni danışıqlara (Batumda) razılıq verdi.

 

13 aprel 1993 – ABŞ Dövlət Departamenti ilk gəfə olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Vaşinqtonun rəsmi mövqeyini açıqlayıb. Bəyanatda ABŞ-ın Ermənistan-Azərbaycan müharibəsinin dayandırılması və ATƏT-in Minsk konfransı çərçivəsində danışıqların başlanmasına nail olmaq əzmi vurğulanırdı.

 

13 aprel 1994 – Erməni terrorçuları Azərbaycana qarşı daha bir qanlı aksiya həyata keçiriblər. Moskva-Bakı sərnişin qatarının Dağıstan ərazisində partladılması nəticəsində 6 nəfər həlak olub.

 

13 aprel 2004 – Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə ilk rəsmi səfərə gedib. Səfər gedişində Azərbaycanla Türkiyə arasında uzunmüddətli iqtisadi əməkdaşlıq sazişi" və digər sənədlər imzalanıb. Azərbaycan prezidentinə Bilkənd Universitetinin (Ankara) "Fəxri doktoru" adı təqdim edilib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi