“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
14.04.2013, 12:29
1296

Azərbaycan tarixi günbəgün: 14 aprel

A- A+

14 aprel 1919 – Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü koalisiya hökuməti qurulub. Hökumət kabinetində rus və erməni nazirlər də yer alıb...

⇔ ⇔ ⇔

14 aprel 1870 – Dövlət xadimi, yazıçı-publisist, maarifçi Nəriman Nərimanov (1870-1925) anadan olub. Nəriman Nərimanov 1894-cü ildə Bakıda müsəlman əhali üçün ilk kitabxananı təşkil edib. Siyasi fəaliyyətə 1905-cü ildə social-demokrat "Hümmət” təşkilatında başlayıb. Oktyabr inqilabından (1917) sonra Moskvada bolşevik hökumətində işləyib. Azərbaycanın sovetləşməsindən sonra respublika hökumətinin - Xalq Komissarları Şurasının sədrı olub. 1922-ci ildən mərkəzi hökumətdə (SSRİ MİK) işləyib və Moskvada müəmmalı şəkildə vəfat edib. "Nadanlıq", "Nadir şah" və s. əsərlərin müəllifidir.

 

14 aprel 1919 – Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü hökumət kabineti Nəsib bəy Yusifbəylinin başçılığı ilə təşkil edilib. Öncəki hökumətlərdən daha geniş tərkibi olan yeni kabinetdə «Müsavat»la yanaşı, «Əhrar», sosialistlər, bitərəflər, Rus-Slavyan Cəmiyyəti, hətta erməni nazir («Daşnaksütyun») də yer almışdı. Xalq Cümhuriyyətinin 4-cü hökumət əvvəlki kabinetlərə nisbətən daha uzunömürlü (1919-cu ilin dekabrınadək) oldu.

 

14 aprel 1993 – Böyük Britaniya, Pakistan və Misir adından erməni qüvvələrinin Kəlbəcərin işğalını pisləyən və Qarabağdakı müharibəni dayandırmağa çağıran bəyanatı yayılıb. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi