“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
17.04.2013, 12:49
971

Azərbaycan tarixi günbəgün: 17 aprel

A- A+

17 aprel 1999 – Azərbaycanın "Əsrin müqaviləsi" çərçivəsində istehsal olunan "ilkin neft"ini dünya bazarına çıxaran Bakı-Supsa (Gürcüstan, Qara dəniz) kəməri istismara verilib.

17 aprel 1884 –  Bəstəkar Zülfüqar Hacıbəyov (1884-1950) anadan olub. Zülfüqar Hacıbəyov Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun böyük qardaşıdır. "Aşıq Qərib" operasının, "Əlli yaşında cavan" musiqili komediyasının, digər əsərlərin müəllifidir. 1950-ci il sentyabrın 30-da vəfat edib.

 

17 aprel 1899 – Məşhur türkoloq, şərqşünas alim Əhməd Cəfəroğlu (1899-1976) Gəncədə anadan olub. Azərbaycanın sovetləşməsindən sonra Bakı Universitetində təhsilini yarımçıq qoyaraq Türkiyəyə mühacirət edib, İstanbul Universitetini bitirib. Uzun illər Türkiyədə çalışıb, bu ölkədə azərbaycanlı diasporunun tanınmış simalarından olub, "Azərbaycan yurd bilgisi" dərgisini nəşr etdirib.

 

17 aprel 1928 – SSRİ xalq artisti Lütfiyar İmanov (1928-2008) anadan olub. 1959-cu ildən Azərbaycan Opera və Balet Teatrının solisti kimi bir çox operalarda baş partiyaları ifa edib, Bakı Musiqi Akademiyasının professoru olub.

 

17 aprel 1938 – Dövlət xadimi, fəlsəfə elmləri doktoru, akademik Ramiz Mehdiyev Bakıda anadan olub. Azərbaycan KP MK-nın katibi (1982-1988), Ali Sovetinin (1980-1990), Milli Məclisin (1995-2000) deputatı olub. 1995-ci ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəridir.

 

17 aprel 1994 – Erməmistan-Azərbaycan cəbhəsində yaranmış kritik vəziyyətlə bağlı prezident Heydər Əliyevin sədrliyi fövqəladə ümumrespublika müşavirəsi keçirilib. Prezident MDB-nin Moskva sammitində (14-15 aprel) Ermənistan rəhbəri L.Ter-Petrosyanla görüş barədə məlumat verib, atəşkəsin əldə olunması üçün danışıqların davam etdiyini bildirib.

 

17 aprel 1999 – Bakı-Supsa (Gürcüstan, Qara dəniz) neft kəməri istismara verilib. 827 kmr uzunluğunda olan və sutkalıq nəql həcmi 105 min barrel (ildə 5 milyon ton) olan kəmər Azərbaycanın "Əsrin müqaviləsi" çərçivəsində istehsal olunan "ilkin neftin" dünya bazarına çıxarılması üçün nəzərdə tutulmuşdu. Kəmərin tikintisi 590 milyon dollara başa gəlmişdi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi