Azərbaycan tarixi günbəgün: 9 aprel
9 aprel 1994 - Ermənistan silahlı qüvvələri Goranboy, Ağdam və Ağdərə istiqamətində geniş hücuma başlayıblar.
9 aprel 1126 - Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Əfzələddin Xaqani Şirvani (1126-1199) Şamaxıda anadan olub. Xaqani 17 min beytlik divanın, Azərbaycan ədəbiyyatında ilk poemanın («Töhfətül-İraqeyn»), «Mədain xərabələri» qəsidəsinin, bədii nəsr nümunələrinin müəllifidir.
9 aprel 1920 - Erməni silahlı dəstələri daşnak Dronun komandanlığı altında Qazax bölgəsində (Əskipara, Fərəhli, Bağanıs Ayrım və digər kəndlərdə) azərbaycanlı əhaliyə qarşı qırğınlar törədiblər.
9 aprel 1994 - Ermənistan silahlı qüvvələri Goranboy, Ağdam və Ağdərə istiqamətində növbəti hücuma başlayıblar. Qanlı döyüşlərdə Azərbaycan Ordusu çoxlu itkilər versə də, düşmənin hücumunun qarşısı alınıb. Cəbhə bölgəsinə gedən Prezident Heydər Əliyev hərbi əməliyyatların gedişinə nəzarət edib.
9 aprel 2001 - Amerikanın Ki Vest (Florida) Qarabağ üzrə danışıqlar başa çatdıqdan sonra Vaşinqtona gələn Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan ABŞ prezidenti Corc Buşla ayrı-ayrılıqda görüşüblər. ABŞ rəhbəri Qarabağ münaqişəsində sülhə nail olmaq üçün vasitəçiliyin davam etdiriləcəyini bəyan edib.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: