Azərbaycan tarixi günbəgün: 6 aprel
6 aprel 1717 - Görkəmli şair, dövlət xadimi Molla Pənah Vaqif (1717-1797) Qazax mahalının Qıraq Salahlı kəndində doğulub.
Molla Pənah Vaqif Qarabağ xanı İbrahim xanın vəziri olub. Yaradıcılığı Azərbaycan poeziyasının mühüm mərhələsini təşkil edir.
6 aprel 1939 – Tanınmış kinorejissor, Xalq artisti Tofiq Hüseyn oğlu İsmayılov 4.1939) anadan olub. Rejissor “Gilas ağacı”, “Mən mahnı qoşuram”, “Musiqi müəllimi”, “Vulkana doğru” və s. filmlərə quruluş verib.
6 aprel 1993 - BMT Təhlükəsizlik Şurasının iclasında Ermənistan-Azərbaycan münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi ilə bağlı (Kəlbəcərin işğalından sonra) Təhlükəsizlik Şurasının sədrinin bəyanatı qəbul olunub. Bu, Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı BMT çərçivəsində qəbul edilmiş ilk sənəd idi.
6 aprel 1995 - Azərbaycanla Panama arasında diplomatik münasibətlər qurulub. Panama ölkəmizin müstəqilliyini 1992-ci il yanvarın 3-də tanıyıb.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: