Azərbaycan tarixi günbəgün: 16 aprel
16 aprel 2004 - Praqada ATƏT Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Qarabağ danışıqlarında “Praqa prosesi”nin əsası qoyulub.
16 aprel 1906 - "Dəbistan" maarifçi jurnalı Bakıda nəşrə başlayıb. 1908-ci ilin martınadək nəşr olunan jurnalda pedaqoji məsələlər, uşaqların təlim-tərbiyəsinə dair bədii əsərlər, elm-texnika yenilikləri dərc edilirdi. Jurnalın fəaliyyətində N.Nərimanov, H.B.Zərdabi, M.Ə.Sabir, M.Hadi, A.Şaiq, dövrün digər tanınmış ziyalıları iştirak ediblər.
16 aprel 1992 - Azərbaycanla Monqolustan (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 20-də tanımışdı) arasında diplomatik münasibətlər qurulub.
16 aprel 1993 - Kəlbəcər rayonunun erməni qüvvələri tərəfindən işğalı ilə bağlı respublikada hərbi və ictimai-siyasi vəziyyət gərginləşib. Hakimiyyətdaxili ixtilaf zəminində İsgəndər Həmidov daxili işlər naziri vəzifəsindən istefa verib, bu posta Abdulla Allahverdiyev təyin olunub.
16 aprel 2003 - İstanbuldakı yunan-pravoslav kilsəsinin (Bizans dövründə dünya pravoslavlığının mərkəzi) rəhbəri, patriarx I Varfolomey Azərbaycana səfərə gəlib. Patriarx prezident Heydər Əliyevlə görüşdə Azərbaycanda dini tolerantlıqla bağlı şəraitə heyran olduğunu bildirib. Dini lider Ermənistanın işğalı nəticəsində yurd-yuvasından didərgin duşmuş məcburi köçkünlərə də baş çəkib.
16 aprel 2004 - Praqada (Çexiya) ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Bunun ardınca iki ölkə XİN başçılarının Praqada daha bir neçə görüşü oldu. Bu görüşlərdən sonra Qarabağ danışıqlarında yeni mərhələ sayılan “Praqa prosesi” start götürdü.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: