“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
10.04.2013, 22:31
1317

Azərbaycan tarixi günbəgün: 10 aprel

A- A+

10 aprel Azərbaycanda inşaatçıların peşə bayramı günüdür. Prezident İlham Əliyevin 10 aprel 200-cu il tarixli sərəncam qeyd olunur.

10 aprel 1918 – Zaqafqaziya Seyminin heyəti Türkiyə (Osmanlı) dövləti ilə Trabzonda aparılan danışıqlarda Brest-Litovsk müqaviləsinin şərtlərini qismən qəbul edib. Bolşevik Rusiyası I Dünya müharibəsindən çıxmaq barədə Almaniya ilə separat müqavilə imzalamışdı. Brest-Litovsk müqaviləsində Almaniyanın müttəfiqi Türkiyə barədə də bandlər vardı. Separat sülh müqaviləsinə görə, çar Rusiyasının Osmanlı ilə müharibədə (1877-1878) ələ keçirdiyi Qars, Ərdəhan və Batum türk tərəfinə qaytarılmalı idi.

Zaqafqaziya Seymi Qars və Ərdahana razılıq versə də (erməni deputatlar buna qarşı idi), Batumu Türkiyəyə verməkdən imtina edirdi. Seymin azərbaycanlı fraksiyasında da bu məsələdə yekdillik yox idi, yalnız müsavatçılar Türkiyənin tələblərini tamamilə qəbul etməyin tərəfdarı idilər. Trabzon danışıqları nəticəsiz bitdi.

 

10 aprel 1997 – Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının yaradılıb. Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır. Şuraya Milli Məclisin sədri, baş nazir, Prezidentin İcra Aparatının rəhbəri, dövlət müşavirləri, baş prokuror, xarici işlər naziri, müdafiə naziri, milli təhlükəsizlik naziri, daxili işlər nazirləri daxildir.

 

10 aprel 2009 – Prezident İlham Əliyev Azərbaycan Respublikasında 10 aprel - "İnşaatçılar Günü” peşə bayramının təsis edilməsi barədə sərəncam imzalayıb. Sərəncamda bu günün Azərbaycan inşaatçılarının ölkə iqtisadiyyatının inkişafındakı xidmətləri nəzərə alınaraq təsis olunduğu vurğulanırdı. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi