“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
25.04.2013, 13:39
1461

Azərbaycan tarixi günbəgün: 25 aprel

A- A+

25 aprel 1918 - Bakıda hakimiyyəti ələ almış “Bakı Soveti”nin hökuməti - Stepan Şaumyanın sədrliyi ilə Xalq Komissarları Soveti yaradılıb.

25 aprel 1841 - Çar Rusiyasının Qafqaz Baş İdarə Şurasının qərarı ilə Qazax, Şəmsəddil və Borçalıda azərbaycanlı bəy və ağalar torpaq sahibliyindən məhrum edilib, mülkləri müsadirə edilib. Eyni qərar həmin ilin mayında Xəzəryanı bölgələr üçün də verildi. Bunun ardınca bölgələrdə kəndli çıxışları başlandı və 1842-ci ildə ağa və bəy torpaqlarının müsadirəsi dayandırıldı.

 

25 aprel 1905 – Tanınmış ədəbiyyatşünas alim, professor, şair, tərcüməçi Mikayıl Həsən oğlu Rəfili (1905 – 25.4.1958) Goranboy rayonunun Borsunlu kəndində doğulub. A.Puşkin, L.Tolstoy, V.Hüqo, O.Balzakın əsərlərini (rus dilindən) tərcümə edib. “Səbuhi” filminin (1941) ssenari müəllifidir.

 

25 aprel 1911 - Əməkdar artist Elmira Axundova (1911 - 26.11.1998) anadan olub. Tamaşa və operettalarda (“Arşın mal alan”da Asya) maraqlı obrazlar yaradıb.

 

25 aprel 1914 - Xalq artisti, aktyor Məmməd İsmayıl oğlu Bürcəliyеv (1914-25.11.1994) Şəkidə anadan оlub. Şəki Teatrında, 1935-ci ildən ömrünün sonunadək Gəncə Dövlət Dram Teatrında çalışıb, 300-dən çox rol oynayıb, tamaşalara quruluş verib, "Yadigar" pyesinin müəllifidir. “Dəli Kür”, “Gözlə məni”, “Köhnə bərə” və s. flimlərdə çəkilib.

 

25 aprel 1918 - Bakıda hakimiyyəti ələ almış “Bakı Soveti”nin hökuməti - Stepan Şaumyanın sədrliyi ilə Xalq Komissarları Soveti yaradılıb. Tarixə “26 Bakı komissarı” adı ilı düşən qurum Leninin tapşırığı ilə Azərbaycanı sovetləşdirmək əzmində idi. “Bakı Kommunası”nda aparıcı vəzifələri ermənilər tuturdular, hökumətdə yeganə azərbaycanlı Məşədi Əzizbəyov idi. Bakı Kommunası Tiflisdə fəaliyyət göstərən Zaqafqaziya Seyminə qarşı yaradılmışdı. Hər iki qurumda təmsil olunan ermənilər isə əslində əlbir fəaliyyət göstərirdilər.

 

25 aprel 1919 - Azərbaycanın cənub bölgəsində bolşeviklər tərəfindən qızışdırılan rus əhalisinin Xalq Cümhuriyyətinə qarşı qiyamı başlanıb. Qiyamçılar bölgəni «Muğan Sovet Respublikası» elan ediblər. Qiyam iyulun sonunda hökumət qüvvələri tərəfindən yatırıldı.

 

25 aprel 1997 - Azərbaycan Avropa Mədəniyyət Konvensiyasına qoşulub. Avropa Mədəniyyət Konvensiyası 1954-cü il dekabrın 19-da Avropa Şurasında qəbul olunub. 22 aprel 1997-ci il tarixdə Milli Məclis ölkəmizin konvensiyaya qoşulması barədə qanun qəbul edib. Prezident Heydər Əliyev tərəfindən imzalanan qanun 25 apreldə dərc olunaraq qüvvəyə minib.

 

25 aprel 1999 - Vaşinqtonda NATO sammiti çərçivəsində Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova və Özbəkistan prezidentlərinin görüşü keçirilib, Özbəkistan GUAM əməkdaşlıq qrupuna qəbul olunub. Özbəkistan 2002-ci ildə GUAM-da fəaliyyətini dayandırdı, 2005-ci ildə qurumu tərk etdi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi