“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
01.04.2013, 22:02
1541

Azərbaycan tarixi günbəgün: 1 aprel

A- A+

1 aprel 1994 - MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyəti Ermənistan-Azərbaycan cəbhəsində atəşkəsə nail olmaq təşəbbüsü ilə Bakıya gəlib...

1 aprel 1916 - Şair Ənvər Əliverdi oğlu Əlibəyli (1916 - 7.5.1968) anadan olub. 1964-1968-ci illərdə Azərbaycan Radiо və Televiziya Verilişləri Kоmitəsinin sədri оlub.

 

1 aprel 1953 - Tanınmış yazıçı və jurnalist, ictimai xadim Aqil Abbas (Aqil Məhəmməd oğlu Abbasov) Ağcabədi rayonunun Kolalı kəndində doğulub. 2005-ci ildən Milli Məclicin deputatıdır.

 

1 aprel 1954 - Opera müğənnisi, teatr xadimi Əhməd Bəşir oğlu Bədəlbəyli (Ağdamski) (5.1.1884, Şuşa - 1954) vəfat edib. Dahi bəstəkar Üzeyir Hacıbəylinin xalası oğlu olub. Azərbaycan teatrında azərbaycanlı aktrisaların olmadığı vaxtlarda bir çox tamaşalarda (o cümlədən "Leyli və Məcnun"da Leyli rolu) qadın rollarını oynayıb. 1934-cü ildən pedaqoji fəaliyyətlə məşğul olub, Ağdaş musiqi məktəbində tardan müəllimi işləyib.

 

1 aprel 1981 – XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, ictimai xadim Rəsul Rza (19.5.1910, Göyçay – 1981) vəfat edib. Şair vətənpərvərlik, humanizm üzərində köklənən, fəlsəfi ruhlu şeir və poemaların müəllifidir. Rus və Avropa şairlərinin əsərlərini dilimizə tərcümə edib. Azərbaycan Yazıçılar Birliyinin sədri olub.

 

1 aprel 1992 - Azərbaycanla Niderland Krallığı arasında diplomatik münasibətlər qurulub. Niderland Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 31-də tanımışdı.

 

1 aprel 1994 - Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının nümayəndə heyəti Ermənistan-Azərbaycan cəbhəsində atəşkəsə nail olmaq təşəbbüsü ilə Bakıya gəlib. Qırğızıstan parlamentinin spikeri M.Şerimkulovun başçılıq etdiyi heyətin Azərbaycan və Ermənistanda apardığı müzakirələrin nəticəsində tərəflərin uzunmüddətli atəşkəs rejimi barədə ilkin razılığı əldə olundu. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi