“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
04.06.2013, 09:49
1054

Azərbaycan tarixi günbəgün: 4 iyun

A- A+

4 iyun 1993 - Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələr qiyam qaldırıb. Qiyamçılarla hökumət qüvvələri arasında toqquşma baş verib...

 

4 iyun 1918 - Batumda aparılan danışıqların yekunu olaraq Xalq Cümhuriyyəti ilə Osmanlı arasında "Sülh və dostluq haqqında" müqavilə imzalanıb. Müqaviləni Azərbaycan tərəfdən Milli Şuranın sədri M.Rəsulzadə və xarici işlər naziri M.Hacınski, Osmanlı tərəfdən ədliyyə naziri Xəlil bəy və Qafqaz cəbhəsinin komandanı Vahib paşa imzalamışdı. Bu müqavilə ilə Azərbaycan Xalq Cümhuriyyəti birinci olaraq Osmanlı tərəfindən tanınıb. Müqavilədə Osmanlı dövləti Xalq Cümhuriyyətinə hərbi yardım göstərmək barədə öhdəlik götürüb.

 

4 iyun 1926 – Görkəmli xanəndə, "Kəsmə şikəstə"nin əvəzsiz ifaçısı Fatma Mehrəliyeva (1926-2000) Qubada anadan olub.

 

4 iyun 1993 - Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələr qiyam qaldırıb. Qiyamçılarla hökumət qüvvələri arasında silahlı toqquşma baş verib. S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub, hər iki tərəfdən 35 nəfər həlak olub. Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülüblər. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırıb, ölkə vətəndaş müharibəsi astanasına gəlib.

 

4 iyun 2004 - Prezident İlham Əliyev Ukraynaya rəsmi səfər edib. Səfər gedişində iki ölkənin strateji tərəfdaşlığını təsdiq edən siyasi bəyannamə və hökumətlərarası sazişlər imzalanıb.

 

4 iyun 2006 - Buxarestdə (Rumıniya) keçirilən "Qara dəniz dialoq və tərəfdaşlıq forumu" sammitində Azərbaycan və Ermənistan prezidentləri arasında Qarabağ nizamalanmasına dair növbəti danışıqlar olub. İki gün sürən (4-5 iyun) danışıqlarda tərəflərin mövqelərini yaxınlaşdırmaq mümkün olmayıb. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi