“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
06.06.2013, 09:47
1226

Azərbaycan tarixi günbəgün: 6 iyun

A- A+

6 iyun 1920 - Zaqatalada sovet hakimiyyətinə qarşı üsyan başlanıb. Molla Hafiz Əfəndinin başçılıq etdiyi üsyançılar Zaqatala qalasını, Qaxı və ətraf əraziləri ələ keçiriblər...

 

6 iyun 1855 - Şair Əbdülxalıq Cənnəti (1855- 1931) Bakıda anadan olub. “Məcməə üş Şüəra” cəmiyyətinin fəal üzvlərindən biri olub. Klassik üslubda Azərbaycan və fars dillərində şeir və qəzəllər yazıb, “Qız qalası”, “Qılınc və qələm” poemalarının müəllifidir.

 

6 iyun 1920 - Zaqatalada sovet hakimiyyətinə qarşı üsyan başlanıb. Molla Hafiz Əfəndinin başçılıq etdiyi üsyançılar Zaqatala qalasını, Qaxı və ətraf əraziləri ələ keçiriblər. Üsyan bütün bölgəyə yayılıb. Lakin Rusiyanın XI ordusunun bölgəyə yeridilən hissələri qeyri-bərabər döyüşdən sonra iyunun 16-da üsyanı yatırıblar. Hafiz Əfəndi üsyançıların dəstəsi ilə Gürcüstan ərazisinə keçib.

 

6 iyun 1951 - Məşhur müğənni, Xalq artisti, professor Xuraman Əkrəm qızı Qasımova anadan olub. 1976-cı ildən Opera və Balet Teatrının solisti olub, 1982-ci ildən Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur.  “Liftçi qız” (1966), “Mən ki, gözəl deyildim” (1968), “Həyat bizi sınayır” (1972) filmlərinə çəkilib.

 

6 iyun  2001 - Prezident Heydər Əliyev GUÖAM dövlət başçılarının Yalta sammitində təşkilatın statusunu və strukturlarını müəyyən edən “Yalta Xartiyası”nı imzalayıb. Təşkilatın katibliyinin Kiyevdə yerləşdirilməsi qərara alınıb.

 

6 iyun 2008 - Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın yeni prezidenti Serj Sarkisyanın Qarabağ nizamlanmasına dair ilk görüşü Sankt-Peterburqda, MDB-nin qeyri-formal sammiti çərçivəsində gerçəkləşib. Prezidentlər sülh prosesini davam etdirmək barədə razılığa gəliblər. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi