“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
30.06.2013, 09:48
1485

Azərbaycan tarixi günbəgün: 30 iyun

A- A+

30 iyun 1993 – Milli Məclis prezident səlahiyyətlərinin icraçısı Heydər Əliyevin təqdimatı əsasında Surət Hüseynovun baş nazir təyin olunmasını təsdiqləyib...

 

30 iyun 1625 – Növbəti Səfəvi-Osmanlı müharibəsi (1623-1639) gedişində Şah Abbasın qoşunları gürcü çarlıqlarının birləşmiş qüvvələrinə qalib gəlib, bölgəni yenidən nəzarətə götürüb. Gürcüstan uğrunda mübarizə aparan türk (Osmanlı) qoşunları bölgəni tərk etməyə məcbur olub. 1639-cu ildə imzalanan Qəsri-Şirin sülh müqaviləsinə görə, Osmanlı dövləti Cənubi Qafqazın bütünlüklə Səfəvilərin hökmranlığına keçməsini qəbul etdi. Şah Abbas və Səfəvi-Osmanlı müharibələri haqqında əlavə bax:  

 

30 iyun (yeni təqvimlə 12 iyul) 1812 – Görkəmli yazıçı, dramaturq, şair və filosof Mirzə Fətəli Axundzadə (1812-1878) Şəkidə anadan olub. Yaradıcılığa şeirlə başlayıb, "Puşkinin ölümünə Şərq poeması" (1837) ilə məşhurluq qazanıb. 1850-ci illərdə yazdığı 6 komediyası ilə Azərbaycan dramaturgiyasının, 1857-ci ildə qələmə aldığı "Aldanmış kəvakib" povesti ilə realist Azərbaycan nəsrinin təməlini qoyub. Əsərləri hələ sağlığında xarici dillərə tərcümə edilib. 1873-cü ildə Mirzə Fətəli Axundzadənin  “Lənkəran xanın vəziri” komediyasının səhnələşdirilməsi ilə Azərbaycan milli teatrının əsası qoyulub.

 

30 iyun 1928 – Akademik, biologiya elmləri doktoru, Milli Məclisin deputatı Cəlal Əliyev anadan olmuşdur.

 

30 iyun 1993 – Milli Məclis parlamentin sədri, prezident səlahiyyətlərinin icraçısı Heydər Əliyevin təqdimatı əsasında Surət Hüseynovun baş nazir təyin olunmasını təsdiqləyib. Bu təyinat 4 iyun Gəncə hadisələrindən sonra ölkədə yaranmış böhranı qismən aradan qaldırmaq, Surət Hüseynovun arxasındakı qiyamçı hərbi birləşmələri neytrallaşdırmaq üçün zəruri addım idi. Qiyamçı qüvvələrin başında duran Surət Hüseynov həmin vaxt ölkədəki əsas güc mərkəzlərindən biri idi.

Surət Hüseynov 1 il 3 ay Azərbaycanın baş naziri oldu. 1994-cü il 3-4 oktyabrında ölkədə mütləq hakimiyyəti mənimsəmək iddiası ilə cəhd etdiyi dövlət çevrilişinin baş tutmamasından sonra vəzifəsindən kənarlaşdırıldı. Bundan sonra S.Hüseynov ölkəni tərk etdi. Lakin bir qədər sonra Rusiyada həbs edilərək respublikaya gətirildi və həbsə məhkum edildi. 2005-ci ildə prezident İlham Əliyevin fərmanı ilə əfv olunub.

 

30 iyun 1998 – Milli Məclis Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyasını qəbul edib. Azərbaycan Respublikasının Konstitusiyası əsasında hazırlanan Naxçıvan MR-in Əsas Qanunu, qanunvericiliyə uyğun olaraq, Milli Məclisdə mütləq səs çoxluğu (124 deputatdan 95 səs lehinə) ilə təsdiqlənib.  

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi