“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
16.06.2013, 10:28
1469

Azərbaycan tarixi günbəgün: 16 iyun

A- A+

16 iyun 1918 - Xalq Cümhuriyyətinin Milli Şurası və müvəqqəti hökuməti Tiflisdən Gəncəyə köçüb. Türk ordu hissələri Xalq Cümhuriyyətinin hərbi dəstələrilə Qafqaz İslam Ordusu adı altında birləşdirilib və vahid komandanlıq Nuru paşaya həvalə edilib...

 

16 iyun 1888 - Xalq artisti, aktyor Hacıağa Abbasov (1888-1975) Bakının Maştağa kəndində doğulub. H.Abbasovun səhnə fəaliyyətinin mühüm hissəsi 1921-ci ildə özünün yaratdığı və rəhbərlik etdiyi Tənqid-Təbliğ Teatrı ilə bağlıdır. 1927-1929-cu illərdə Akademik Milli Dram Teatrına, 1929-1937-cu illərdə Bakı Teatr Texnikumuna rəhbərlik edib. “Ağa Məhəmməd şah Qacar və Molla Pənah Vaqif”, “Əsgər oğluma”, “Sabirin məhkəməsi” və s. pyeslərin müəllifidir. 1932-ci ildə Azərbaycanın ilk Xalq artisti adına layiq görülüb.

 

16 iyun 1918 - Xalq Cümhuriyyətinin Milli Şurası və müvəqqəti hökuməti Tiflisdən Gəncəyə köçüb. Cümhuriyyətin müvəqqəti paytaxtı elan edilən Gəncə Nuru paşa başçılıq etdiyi türk (Osmanlı) qoşunlarının nəzarətində idi. Türk ordu hissələri Xalq Cümhuriyyətinin hərbi dəstələrilə Qafqaz İslam Ordusu adı altında birləşdirilib və vahid komandanlıq Nuru paşaya həvalə edilib. Qafqaz İslam Ordusunun ilk məqsədi «Bakı Soveti»nin daşnak-bolşevik qoşunlarının Azərbaycanın qərbinə doğru yürüşünün qarşısını almaq idi. İyunun 16-18-də Kürdəmir cəbhəsində, Göyçayın Qaraməryəm kəndi yaxınlığında ilk döyüş oldu.

 

16 iyun 1919 - Azərbaycanla Gürcüstan arasında hərbi müttəfiqlik paktı imzalanıb. Razılaşmaya əsasən, Azərbaycan gürcü tərəfə neft verməklə əvəzində silah və texnika almağa başladı. Hərbi pakta görə, tərəflər Rusiyanın hərbi təcavüzünə qarşı bir-birinə dəstək verməli idilər. Lakin 1920-ci ilin aprelində bolşevik Rusiyasının Azərbaycana hücumu zamanı Gürcüstan bu öhdəliyə deyil, özünün müstəqilliyinin tanınması barədə ruslarla separat danışıqlara üstünlük verdi.

 

16 iyun 1939 - Şair, ədəbiyyatşünas, filosof, ictimai xadim Rəfiq Zəka Xəndan (1939 - 7.1.1999) anadan olub. "Çağlayan" adlı ilk şeir kitabı 1962-ci ildə nəşr olunub. “Baharın heykəli”, “Könlümün yadigarı”, “Axıb gedən günlərimiz”, “Azərbaycanın səsi” və s. kitabların müəllifidir. "Axırı yaxşı olar", "Mənim əziz vəhşiciyim" musiqili komediyalarının mətnini yazıb. Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafında mühüm xidmətlər göstərib.

 

16 iyun 1992 - Azərbaycanla Rumıniya (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 11-də tanıyıb) diplomatik münasibətlər qurulub.

 

16 iyun 2006 - Prezident İlham Əliyevin Qazaxıstana səfəri gedişində bu ölkənin Bakı-Tbilisi-Ceyhan kəmərinə qoşulması barədə razılaşma əldə olunub. «Qazaxıstan neftinin Xəzər dənizi və Azərbaycan ərazisi ilə Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə beynəlxalq bazarlara nəql edilməsinə dəstək verilməsi haqqında» müqaviləni prezidentlər İlham Əliyev və Nursultan Nazarbayev imzalayıblar. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi