“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
19.06.2013, 10:42
1584

Azərbaycan tarixi günbəgün: 19 iyun

A- A+

19 iyun 1920 - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Fətəli xan Xoyski Tiflisdə erməni terrorçuları Aram Erkayan və Misak Qriqoryan tərəfindən qətlə yetirilib...

 

19 iyun 1747 - Türk soylu İran şahı Nadir şah Əfşar (1688-1747) sui-qəsd nəticəsində öldürülüb. Nadir sonuncu Səfəvi hökmdarı III şah Abbasın ordu komandanı olub. 1736-cı ildə III şah Abbasın ölümündən sonra Suqovuşanda (Sabirabad rayonu) Azərbaycan bəylərinin qurultayını çağıraraq özünü şah elan edib. Nadir şah Səfəvilərdən sonra güclü Azərbaycan dövləti qurmaq istəyirdi. Lakin onun Azərbaycanı İran taxtı ətrafında birləşdirmək niyyəti yerlərdə etiraz doğururdu. Orta Asiyanın bir hissəsini, Hindistanın şimalını ələ keçirərək qurduğu böyük imperatorluq ölümündən sonra dağıldı.

 

19 iyun 1900 - Xalq artisti Möhsün Sənani (1900-1981) anadan olub.

 

19 iyun 1920 - Xalq Cümhuriyyətinin qurucularından Fətəli xan Xoyski Tiflisdə erməni terrorçuları Aram Erkayan və Misak Qriqoryan tərəfindən qətlə yetirilib. Terror aktı nəticəsində Xəlil bəy Xasməmmədov (Cümhuriyyətin ədliyyə və daxili işlər naziri) ağır yaralanıb.

 

19 iyun 1992 - Azərbaycanla Avstraliya arasında diplomatik münasibətlər qurulub.

 

19 iyun 1997 - Prezident Heydər Əliyevin Özbəkistana rəsmi səfəri zamanı Azərbaycanın Orta Asiyadakı ilk səfirliyi Daşkənddə açılıb.

 

19 iyun 2006 - Bakıda İslam Konfransı Təşkilatı xarici işlər nazirləri Şurasının 32-ci sessiyası keçirilib. Azərbaycan ilk dəfə İKT-nin illik toplantısına evsahibliyi edib.

 

19 iyun 2007 - Bakıda Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM ölkələri dövlət başçılarının sammiti keçirilib.

 

19 iyun 2008 - Milli Məclisdə Xalq Cümhuriyyəti parlamentinin 90 illiyinə həsr olunmuş təntənəli yığıncaq keçirilib. Yığıncaqda 30-dək ölkədən nümayəndə heyətləri, o cümlədən 9 ölkənin parlament sədri iştirak edib. 

 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi