“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
10.09.2013, 10:20
1477

Azərbaycan tarixi günbəgün: 10 sentyabr

A- A+

10 sentyabr 1993 – ABŞ prezidenti Bill Klinton Bakı-İcevan və Bakı-Naxçıvan dəmir yolunun bərpası ilə bağlı Azərbaycan Ali Sovetinin sədri, prezident səlahiyyətlərinin icraçısı Heydər Əliyevə məktub göndərib...

 

10 sentyabr 1618 – Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında növbəti müharibənin (1616-1618) nəticələrinə dair Mərənd sülh sazişi imzalanıb. Səfəvi hökmdarı I şah Abbasla Osmanlı dövlətinin ordu komandanı Xəlil paşanın imzaladığı sazişə əsasən, iki dövlət arasında 1612-ci ildə əldə olunmuş Sarab sülhünün əsas şərtləri bir daha təsdiqlənib. Həmin şərtlərə əsasən, Səfəvi dövləti XVI sonunda Osmanlı ilə müharibədə (1578-1590) itirdiyi torpaqların böyük hissəsini geri almışdı. Lakin bu sülh də uzun sürmədi və beş il sonra (1625) tərəflər arasında yeni müharibə başlandı.

 

10 sentyabr 1917 - Xalq artisti, Naxçıvan Dövlət Musiqili Dram Teatrının ilk aktrisalarından biri Firuzə Məmmədqulu qızı Əlixanova (1917- 24.11.1994) Ordubadda anadan olub.

 

10 sentyabr 1931 - Vokal ifaçısı, aktyor, uzun müddət Musiqili Komediya Teatrının solisti olmuş Mobil Salman oğlu Əhmədov (1931 - 3.6.2006) Gəncədə doğulub. 

 

10 sentyabr 1939 – Azərbaycan SSR Ali Sovetinin qərarı ilə respublikanın ərazi-inzibati bölgüsündə bir sıra dəyişikliklər edilib. Dağlıq Qarabağ Muxtar Vilayətinin Dizak və Corabərt rayonları Hadrut və Mardakert rayonları adlandırılıb. Bundan əlavə, yeni Jdanov (indiki Beyləqan) və İsmayıllı rayonları yaradılıb, Haciqabul qəsəbəsi Qazıməmməd və o, eyniadlı rayonun mərkəzi olub. Həmin il həmçinin Ağstafa və Ucar rayonları yaradılıb.

 

10 sentyabr 1947 - Nasir, publisist Mustafa Çəmənli (Mustafa Şura oğlu Mustafayev) Ağdam rayonunun Çəmənli kəndində anadan olub.

 

10 sentyabr 1993 – ABŞ prezidenti Bill Klinton Azərbaycan Ali Sovetinin sədri, prezident səlahiyyətlərinin icraçısı Heydər Əliyevə məktub göndərib. Məktubda Amerika tərəfi Azərbaycan rəhbərliyindən Bakı-İcevan və Bakı-Naxçıvan dəmir yolunun bərpasını xahiş edirdi. Bunun müqabilində isə ABŞ rəhbərliyi Azərbaycana humanitar yardımları qadağan edən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi (1992-ci ildə Konqresdə qəbul olunmuşdu) ləğvini vəd edirdi. Azərbaycan rəhbərliyi bu təklifi rədd etdi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi