“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.09.2013, 10:00
1337

Azərbaycan tarixi günbəgün: 27 sentyabr

A- A+

27 sentyabr 1991 – Azərbaycanda kommunist gənclər təşkilatının - komsomolun fəaliyytinə xitam verilib...

 

27 sentyabr 1534 – Sultan I Süleymanın (Qanuni) başçılıq etdiyi Osmanlı ordusunun Azərbaycan torpaqlarına birinci yürüşü olub. Osmanlı qüvvələri ilk mərhələdə Şah Təhmasibin başçılıq etdiyi Səfəvi qoşunlarını məğlub edərək Cənubi Azərbaycanın bir hissəsini, o cümlədən Təbrizi ələ keçiriblər. Lakin yerli əhalinin müqaviməti, eləcə də qışın sərt keçməsi və ərzaq çatışmazlığı Osmanlı qoşunlarını geri dönməyə məcbur edib. Bunun ardınca 1535-ci ildə sultan I Süleyman Azərbaycan üzərinə ikinci yürüşə başladı. Amma bu dəfə də Osmanlı qoşunları ələ keçirdikləri ərazilərdə duruş gətirə bilməyərək geri qayıtmalı oldular.

 

27 sentyabr 1991 – Azərbaycanda Kommunist Partiyasının (14 sentyabr 1991-ci ildə fəaliyyəti dayandırılmışdı) ardınca respublika kommunist gənclər təşkilatının - komsomolun fəaliyytinə də xitam verilib. Ümumittifaq Kommunist Gənclər İttifaqının Moskvada keçirilmiş 22-ci fövqəladə qurultayda özünü buraxması barədə qərar qəbul etməsindən sonra bütün müttəfiq respublikalarda, o cümlədən Azərbaycanda komsomol təşkilatları ləğv olunub.

 

27 sentyabr 1994 – BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan prezident Heydər Əliyev ABŞ prezidenti Bill Klintonla görüşüb. Bill Klinton "Əsrin müqaviləsi"nin imzalanması münasibətilə Azərbaycan prezidentini təbrik edib. Azərbaycan rəhbəri ilk dəfə olaraq Amerika rəhbərilə Qarabağ problemini müzakirə edib, Ermənistanın təcavüzü barədə müfəssəl məlumat verib. Həmin gün Nyu-Yorkda ABŞ-ın BMT-dəki nümayəndəliyinin başçısı Madlen Olbraytın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi