“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
09.10.2013, 10:01
1346

Azərbaycan tarixi günbəgün: 9 oktyabr

A- A+

9 oktyabr 1991 – Ali Sovet "Azərbaycan Respublikanın milli özünümüdafiə qüvvələri haqqında" qanun qəbul edib...

 

9 oktyabr 1991 – Ali Sovetin növbədənkənar sessiyasında "Azərbaycan Respublikanın milli özünümüdafiə qüvvələri haqqında" qanun qəbul edilib. Ermənistanda nizami ordu hələ 1991-ci ilin əvvəlində yaradılsa da, Azərbaycan rəhbərliyi ordu quruculuğuna başlamağa tələsmirdi və uzun çək-çevirdən sonra yalnız bu qanunun qəbulu mümkün olmuşdu. 1998-ci ilədək 9 oktyabr Azərbaycanda Milli Ordu günü kimi qeyd olunurdu. Həmin il prezident Heydər Əliyevin imzaladığı fərmanla tarixi ədalət bərpa edildi və Silahlı Qüvvələr günü kimi Azərbaycan Xalq Cümhuriyəti ordusunun yaranma tarixi (26 iyun 1918-ci il) qeyd olunmağa başlandı.

 

9 oktyabr 1992 – Bakının «Azadlıq» meydanında Azərbaycan Milli Ordusunun ilk hərbi paradı keçirilib. Paradda Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif qoşun növləri, o cümlədən Qarabağda Ermənistan işğalçı qüvvələrinə qarşı bir sıra uğurlu əməliyyatlar keçirmiş ordu hissələri iştirak edib.

 

9 oktyabr 1997 – Strasburqda Avropa Şurasının zirvə toplantısı (9-10 oktyabr) çərçivəsində Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova prezidentlərinin görüşü keçirilib. Görüşdə regional təhlükəsizlik və əməkdaşlıq sahəsində yeni məşvərətçi formatın - GUAM qrupunun yaradılması qərara alınıb. Bununla bağlı dörd ölkənin adından birgə bəyanat qəbul olunub.

 

9 oktyabr 2009 – Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı Əlibala Hacızadə (28.8.1935 - 2009) vəfat edib. Azərbaycan ədəbiyyatında “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş”, “Təyyarə kölgəsi”, “Vəfalım mənim” və digər populyar əsərlərin müəllifi kimi yadda qalıb.  

 

9 oktyabr 2013 - Azərbaycanda növbəti prezident seçkiləri keçirilib. MSK-nın məlumatına görə, səsvermədə qeydə alınmış seçicilərin 72,1 % iştitak edib. Ümumilikdə 10 namizədin iştirak etdiyi seçkidə dövlət başçısı İlham Əliyev (YAP) 84,55 % səs toplayaraq üçüncü müddətə prezident seçilib. Müxalifətçi Milli Şuranın namizədi Cəmil Həsənli ikinci (5,53 %) olub.  

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi