“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
31.10.2013, 09:05
1703

Azərbaycan tarixi günbəgün: 31 oktyabr

A- A+

31 oktyabr 1992 - Ankarada Türkiyə, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət başçılarının birinci zirvə toplantısı yekunlaşıb...

 

31 oktyabr 1992 - Ankarada türkdilli ölkələrin dövlət başçılarının birinci zirvə toplantısı (29-31 oktyabr) yekunlaşıb. Türkiyə prezidenti Turqut Özalın təşəbbüsü ilə keçirilən ü Növbəti sammitlər 1994 (İstanbul), 1995 (Bişkək), 1996 (Daşkənd), 1998 (Astana), 2000 (Bakı), 2001 (İstanbul), 2006 (Antalya) və 2009-da (Naxçıvan) keçirilib. 2009-cu il oktyabrın 3-də Naxçıvan sammitində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması barədə qərar qərar qəbul edilib. Qurum dövlət başçılarının 2010-cu il 15-16 sentyabrda İstanbulda keçirilən yubiley (10-cu) sammitində təsis olunub. Şuranın sonrakı zirvə toplantıları: 20-21 oktyabr 2011 - Almatı; 22-23 avqust 2012 - Bişkek; 15-16 avqust 2013 - Qəbələ; 4-5 iyun 2014  - Bodrum. 

 

31 oktyabr 2003 – Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəsmi inauqurasiya (andiçmə) mərasimi keçirilib. Mərasimdə Gürcüstan rəhbəri Eduard Şevardnadze, Rusiyanın Federasiya Şurasının sədri Sergey Mironov, Ukraynanın baş naziri Viktor Yanukoviç, Türkiyə baş nazirinin müavini Əbdüllətif Şener, İranın vitse-prezidenti Məhəmmədəli Əbtəhi, xarici diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

 

31 oktyabr 2008 – Prezident İlham Əliyevin ikinci səlahiyyət müddətinə başlamasından (24 oktyabr 2008) sonra Konstitusiyanın tələbinə müvafiq olaraq istefa vermiş Nazirlər Kabinetinin yeni tərkibi elan olunub. Prezidetin sərəncamına əsasən, iqtisadi inkişaf naziri (Heydər Babayev) istisna olmaqla hökumətin bütün üzvləri əvvəlki vəzifələrinə təyin ediliblər. Bundan öncə (29 oktyabr) prezident Artur Rasizadənin yenidən baş nazir təyin olunması haqqında sərəncam imzalamışdı. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi