“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.10.2013, 10:29
1593

Azərbaycan tarixi günbəgün: 15 oktyabr

A- A+

15 oktyabr 2003 – Azərbaycanda növbəti prezident seçkiləri keçirilib. Baş nazir, Yeni Azərbaycan Partiyasının sədr müavini İlham Əliyev ölkənin yeni prezidenti seçilib...

 

15 oktyabr 1910 - Görkəmli kinorejissor Hüseyn Seyidzadə (1910 - 2.6.1979) İrəvanda anadan olub. Azərbaycan kino tarixində önəmli yer tutan “O olmasın, bu olsun, “Dəli Kür”, “Yenilməz batalyon”, “Koroğlu”, “Qayınana” flimlərini çəkib.

 

15 oktyabr 2002 – Prezident Heydər Əliyev İstanbulda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv olan ölkələrin dövlət başçılarının 7-ci sammitində iştirak edib. Sammitdə ECO ölkələri (Azərbaycan, Türkiyə, İran, Pakistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan) arasında regional ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas mövzu olub.

 

15 oktyabr 2003 – Azərbaycanda növbəti prezident seçkiləri keçirilib. MSK-nın rəsmi məlumatına görə, ölkə üzrə qeydə alınmış 4,442 mln. seçicidən 71,23 faizi səsvermədə iştirak etmişdi. Seçicilərin 76,84 faizi baş nazir, Yeni Azərbaycan Partiyasının sədr müavini İlham Əliyevə səs verib. Ümumilikdə 8 namizədin iştirak etdiyi seçkilərdə ikinci yeri «Müsavat» partiyasının başqanı İsa Qəmbər (12 faiz) tutub. Seçkilərin səhərisi nəticələrə etiraz edən radikal müxalifət qüvvələri Bakının mərkəzində kütləvi iğtişaşlar, qanunazidd əməllər törədiblər. Hüquq mühafizə orqanları iğtişaşları yatırıb, olayların təşkilatçıları və fəalları həbs olunub.

 

15 oktyabr 2008 – Azərbaycanda keçirilən növbəti prezident seçkilərində ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev ikinci müddətə prezident seçilib. Seçkinin rəsmi nəticələrinə əsasən, ölkə üzrə seçicilərin 75,64 faizi (3,7 mln. nəfər) səsvermədə iştirak edib və seçicilərin 88,73 faizi İlham Əliyevə səs verib. Seçkidə ümumilikdə 7 namizəd iştirak edib, 2-3-cü yerləri müxalifət nümayəndələri İqbal Ağazadə (Ümid Partiyası, 2,86 faiz) və Fazil Qəzənfəroğlu (Böyük Quruluş Partiyası, 2,47 faiz) tutub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

 

Xəbərlər
Redaktorun seçimi