“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
07.10.2013, 09:51
1454

Azərbaycan tarixi günbəgün: 7 oktyabr

A- A+

7 oktyabr 1994 – Prezident Heydər Əliyev fərmanı ilə dövlət çevrilişi cəhddə günahlandırılan Surət Hüseynov Azərbaycan Respublikasının baş naziri vəzifəsindən azad edilib...

 

7 oktyabr 1369 – Böyük Azərbaycan şairi, filosof-mütəfəkkir Seyid Əli İmaddədin Nəsimi (1369-1417) Şamaxıda anadan olub. Nəsmi əsərlərini əsasən Azərbaycan türkcəsində yazıb, fars və ərəb dillərində də əsərləri var. Nəsimi poeziyası Azərbaycan türkcəsində ədəbiyyatımızın inkişafına böyük təkan verib. Nəsimi İslamda hurufilik təriqətinin ən məşhur nümayəndəsi kimi bütün Orta Şərqdə tanınıb. Şair ömrünün son illərini Suriyada yaşayıb. 1417-ci ildə Hələb şəhərində həbs olunub, "dinsiz" elan edilərək Misir sultanının əmri və ruhanilərin fitvası ilə edam edilib və orada dəfn olunub.

 

7 oktyabr 1992 – Laçın-Şuşa istiqaməğtində hərbi əməliyyat keçirən Azərbaycan ordu hissələri məğlubiyyətə uğrayıblar. Bu məğlubiyyətə rəğmən əməliyyata rəhbərlik edən korpus komandiri Surət Hüseynov prezident Əbülfəz Elçibəyin fərmanı ilə «Azərbaycanın Milli Qəhrəmanı» adı ilə təltif olunub. S.Hüseynov əməliyyat nəticəsində Laçının azad olunacağını vəd etmişdi və onun təltif olunması barədə fərman da öncədən (?) imzalanmışdı.

 

7 oktyabr 1992 – Milli Məclisin iclasında Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə (MDB) üzvlüyü məsələsi müzakirə olunub. Gərgin müzakirələr sonrası Milli Məclis səs çoxluğu ilə Azərbaycanın MDB-yə daxil olmasının əleyhinə səs verib. Azərbaycan 1993-cü ilin sentyabrında MDB-yə daxil oldu.

 

7 oktyabr 1994 – Prezident Heydər Əliyev fərmanı ilə Surət Hüseynov Azərbaycan Respublikasının baş naziri vəzifəsindən azad edilib, baş nazirin müavini Fuad Quliyev baş nazir səlahiyyətlərinin icraçısı təyin edilib. Surət Hüseynov 1994-cü il oktyabrın 4-də Gəncədə dövlət çevrilişi cəhdində iştirakda günahlandırılaraq vəzifədən kənarlaşdırılmışdı. Bununla bağlı prezident H.Əliyevin imzaladığı fərmanda deyilirdi: “Gəncə şəhərində silahlı qiyamın yatırılması zamanı baş nazir Surət Hüseynov nəinki fəaliyyətsizlik göstərmiş, hətta silahlı qiyam zamanı Azərbaycan Respublikası Prezidentinin göstərişlərinə tabe olmamışdır. Bütün bunlar baş nazir Surət Hüseynovun Gəncədə baş vermiş silahlı qiyam ilə bilavasitə bağlı olmasına dəlalət edir”. S.Hüseynov 1994-cü il oktyabrın 6-da Milli Məclisin üzvlüyündən də azad edilmişdi. Daha sonra ölkəni tərk edərək Rusiyaya gedən S.Hüseynov 1996-cı ildə orada həbs edilərək Azərbaycana gətirildi. S.Hüseynov prezident İlham Əliyevin 2004-cü il 17 mart tarixli əfv fərmanı ilə həbsdən azad olundu.

 

7 oktyabr 2002 – Moldovanın paytaxtı Kişinyovda keçirilən MDB sammiti gedişində Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryanın növbəti görüşü olub. Görüşü ümumən müsbət qiymətləndirən prezidentlər, bununla belə, kompromis razılaşma və ya konkret nəticədən danışmağın hələ mümkünsüz olduğunu bildiriblər. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi