“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
08.10.2013, 09:51
1343

Azərbaycan tarixi günbəgün: 8 oktyabr

A- A+

8 oktyabr 1993 – Moskvada Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstanın dövlət başçıları arasında "Qafqaz dördlüyü"nün ikk görüşü keçirilib...

 

8 oktyabr 1821 – Rusiya çarı I Aleksandr Cənubi Qafqazda güzəştli ticarət tarifinin tətbiq edilməsi barədə fərman verib. Fərmana əsasən, bölgəyə gətirilən xarici malların yarısı (50 faizi) gömrük rüsumundan azad olunub. Cənubi Qafqazın böyük hissəsini (Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla) ələ keçirmiş çar Rusiyası bu qərarla ərazidə xarici ticarət (tranzit) imkanlarını genişləndirmək, əcnəbi tacirlərin böləyə gəlişini təşviq etmək məqsədi güdürdü.

 

8 oktyabr 1991 – Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyası işə başlayıb. Ölkə ictimaiyyətinin və müxalifət qüvvələrinin tələbindən sonra çağrılan sessiyanın gündəliyinə Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi barədə məsələ salınmışdı. Sessiya gedişində qızğın müzakirələrdən sonra Konstitusiyaya dəyişikliklər deyil, müstəqillik haqqında ayrıca Konstitusiya qanununun (Konstitusiya Aktı) qəbul edilməsi qərara alındı. Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı oktyabrın 18-də qəbul edildi.

 

8 oktyabr 1993 – Moskvada Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstanın dövlət başçıları Boris Yeltsin, Heydər Əliyev, Levon Ter-Petrosyan və Eduard Şevardnadze arasında görüş keçirilib. Dövlət başçıları Qafqazdakı vəziyyəti müzakirə ediblər. Bu, "Qafqaz dördlüyü" formatında keçirilən ilk görüş idi. 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi