Azərbaycan tarixi günbəgün: 14 oktyabr
14 oktyabr 1993 – BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinə dair 874 saylı qətnamə qəbul edib...
14 oktyabr 1933 – Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, xalq şairi Məmməd Araz (1933-2004) Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Nursu kəndində anadan olub. Vətənpərvərlik, torpaqsevərlik, milli ruha sayğı şairin əsərlərinin aparıcı mövzusudur. Bir sıra rus şairlərinin əsərlərini dilimizə tərcümə edib.
14 oktyabr 1993 – BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinə dair 874 saylı qətnamə qəbul edib. Sənəd oktyabrın 8-də Moskvada keçirilmiş yüksək səviyyəli Azərbaycan-Ermənistan danışıqlarının nəticəsi olaraq qəbul edilmişdi. Bu, Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT-nin ali qurumu tərəfindən qəbul edilən sayca üçüncü qətnamə idi. Sənəd ümumi xarakterli idi və tərəfləri münaqişənin dinc yolla həllinə çağırmaqla kifayətlənirdi.
14 oktyabr 2004 – Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı məsələnin BMT Baş Assambleyasının 59-cu sessiyasının gündəliyinə daxil edilməsi barədə quruma rəsmən müraciət edib. Qarabağ nizamlanmasına vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri (ABŞ, Rusiya, Fransa) Azərbaycanı həmin təşəbbüsdən çəkindirməyə çalışsalar da, buna müvəffəq olmadılar. Müsəlman ölkələrin və GUAM ölkələrinin Azərbaycana dəstəyi ilə məsələ oktyabrın 29-da Baş Assambleyanın gündəliyinə salındı və həmin il noyabrın 23-də müzakirəyə çıxarıldı.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: