“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
05.10.2013, 10:33
1535

Azərbaycan tarixi günbəgün: 5 oktyabr

A- A+

5 oktyabr 1918 – Xalq Cümhuriyyətinin hökuməti neft sənayesinin yenidən özəl sektora qaytarılması barədə qərar verib...

 

5 oktyabr Beynəlxalq Müəllimlər günüdür. 1966-cı il oktyabrın 5-də UNESCO-nun qərarı ilə təsis edilib. Dünyanın 100-dən çox ölkəsində, o cümlədən Azərbaycanda «Müəllimlərin peşə bayramı» kimi qeyd edilir. 

 

5 oktyabr 1901 – Bakıda müsəlman qızlar üçün ilk təhsil ocağı - Qızlar Məktəbi açılıb. Məktəb tanınmış maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü ilə böyük mesenat, Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev tərəfidən inşa edilmişdi. Bu, Cənubi Qafqazda müsəlman xanımlar üçün ilk ali təhsil müəssisəsi idi. Məktəbin direktoru Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova-Zərdabi idi.

 

5 oktyabr 1918 – Xalq Cümhuriyyətinin hökuməti bolşeviklərin («Bakı Soveti») neft sənayesinin milliləşdirilməsi barədə qərarını ləğv edərək bu sahənin yenidən özəl sektora qaytarılması barədə qərar verib. Hökumətin dekretinə əsasən, neft mədənləri, zavodlar, neft daşıyan gəmilər əvvəlki sahiblərinə qaytarıldı. Bakıdakı qısamüddətli bolşevik hökuməti dövründə ölkədən getməyə hazırlaşan xarici şirkətlər yenidən fəaliyyətlərini genişləndirdilər.

 

5 oktyabr 1928 - Ədəbiyyatşünas, tənqidçi Məsud Əlioğlu (1928- 1973) anadan olub. 

 

5 oktyabr 1935 - Məşhur bəstəkar, Xalq artisti, professor Xəyyam Mirzəzadə anadan olub. "Ağlar və qaralar" baletinin, simfoniyaların, digər musiqi əsərlərinin, populyar mahnıların müəllifidir. 30-dan artıq kinofilmə, çoxlu teatr tamaşalarına musiqi yazıb. 

 

5 oktyabr 1938 - M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında Səməd Vurğunun "Vaqif dramının ilk tamaşası olub.

 

5 oktyabr 1994 – Bakının "Azadlıq" meydanında ölkənin müxtəlif yerlərindən gəlmiş yüz minlərlə insanın iştirakı ilə ümumxalq mitinqi keçirilib. Mitinq iştirakçıları dövlət çevrilişinə cəhdinin qarşısını qətiyyətlə almış prezident Heydər Əliyevə dəstək və etimadını bildirib. Mitinqdə çıxış edən Heydər Əliyev dövlətçiliyin müdafiəsinə qalxdığına görə Azərbaycan xalqına təşəkkür edib. Həmin gün prezident Heydər Əliyevin fərmanı ilə 3-4 oktyabrda dövlət çevrilişi cəhdinin qarışısının alınmasında fədakarlıq və bacarıq göstərmiş hərbi komandirlər - Rövşən Əkbərov, Natiq Məmmədov və Elnur Nuriyev "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüblər. Bir qrup hərbi qulluqçu "Azərbaycan bayrağı" ordeni ilə təltif edilib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

 

Xəbərlər
Redaktorun seçimi