“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
11.10.2013, 10:11
1278

Azərbaycan tarixi günbəgün: 11 oktyabr

A- A+

11 oktyabr 1999 – Azərbaycan-Ermənistan sərhədinin Sədərək rayonu ərazisində prezidentlər Heydər Əliyev və Robert Koçaryan arasında görüş keçirilib...

 

11 oktyabr 1983 - Görkəmli nasir, Xalq yazıçısı Süleyman Rəhimov (1900-1983) vəfat edib. "Şamo", "Saçlı", "Mehman", "Medalyon", "Qafqaz qartalı" və s. əsərləri ilə Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutur.

 

11 oktyabr 1998 – Azərbaycanda növbəti prezident seçkiləri keçirilib. MSK-nın rəsmi məlumatına əsasən, seçkilərdə ölkə üzrə seçicilərin ümumi sayının (4,2 milyon nəfər) 79,18 faizi iştirak etmişdi. Dövlət başçısı Heydər Əliyev seçicilərin böyük əksəriyyətinin (76,11 faiz) etimadını qazanaraq ikinci dəfə prezident seçilib. Ümumulikdə altı namizədin iştirak etdiyi seçkilərdə müxalifətdən Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədov (14 faiz) ikinci yeri tutmuşdu.

 

11 oktyabr 1999 – Azərbaycan-Ermənistan sərhədinin Sədərək rayonu (Naxçıxan Muxtar Respublikası) ərazisində prezidentlər Heydər Əliyev və Robert Koçaryan arasında görüş keçirilib. Bu, Azərbaycan və Ermənistan prezidentlərinin iki ölkənin sərhədində baş tutan ilk görüşü idi. Həmin gün, eyni zamanda, Azərbaycan və Ermənistan müdafiə nazirlərinin də görüşü olub və tərəflər atəşkəs rejimini möhkəmləndirmək barədə razılığa gəliblər.

 

11 oktyabr 2007 – Azərbaycan prezidenti İlham Əliyev Vilnüsdə beynəlxalq enerji sammitində iştirak edib. 2007-ci ilin mayında Krakovda keçirilən sammitin davamı olan toplantıda Azərbaycan, Litva, Gürcüstan, Ukrayna, Latviya və Polşa prezidentləri Xəzər-Qara dəniz-Baltik dənizi enerji dəhlizinin yaradılması, Odessa-Brodı neft kəməri və «Nabucco» qaz kəməri (Mərkəzi Asiya qazının Azərbaycan ühzərindən Avropaya nəqli) layihələrinin dəstəklənməsi barədə bəyannamə qəbul ediblər. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

 

Xəbərlər
Redaktorun seçimi