“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
04.10.2013, 09:23
1220

Azərbaycan tarixi günbəgün: 4 oktyabr

A- A+

4 oktyabr 1994 – Bakıda və Gəncədə baş nazir Surət Hüsenyovun nəzarətindəki qüvvələr tərəfindən dövlət çevrilişinə cəhd olub...

 

4 oktyabr 1895 – Məşhur sovet kəşfiyyatçısı, Sovet İttifaqı Qəhrəmanı Rixard Zorge (1895-1944) Bakıda, alman kolonistlərinin ailəsində anadan olub. SSRİ ilə Almaniya arasında müharibə (1941-1945) öncəsi ən məxfi məlumatları, o cümlədən almanların SSRİ-yə hücum tarixi (22 iyun) barədə dəqiq informasiyanı Sovet İttifaqı rəhbərliyinə ötürüb. Zorge 1941-ci ildə Yaponiyada həbs olunub, 1944-cü ildə (bəzi mənbələrə görə, noyabrın 7-də) öldürülüb.

 

4 oktyabr 1923 - Məşhur sovet aktyoru, Azərbaycanın Xalq artisti Anatoli Solomonoviç Falkoviç (1923-1994) Bakıda anadan olub. Bakı Teatr Məktəbində təhsil alıb, S.Vurğun adına Rus Dram Teatrında çalışıb. Sovet filmlərində F.Dzerjinskinin obrazını canlandırıb. “Qatır Məmməd” (Skott), “Bakıda küləklər əsir” və s. filmlərdə çəkilib. 

 

4 oktyabr 1991 – Erməni silahlı dəstələri Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni və Hadrut rayonlarında (indiki Xocavənd rayonunun ərazisi) azərbaycanlı yaşayış məntəqələrinə kütləvi hücumlara başlayıblar. Halbuki bundan az öncə Ermənistan rəhbərliyi Azərbaycan rəhbərliyi ilə münaqişənin sülh yolu ilə nizamlanmasına dair razılığa (23 sentyabr, Jeleznovodsk) gəlmişdi. Erməni qüvvələrinin iki aya yaxın sürən silahlı basqınları nəticəsində 30-dan çox yaşayış məntəqəsində azərbaycanlı əhalinin etnik təmizlənməsi həyata keçirildi. Regionda əhalinin təhlükəsizliyinə cavabdeh olan SSRİ Daxili Qoşunlarının bölmələri isə baş verənlərə seyrçi idi.

 

4 oktyabr 1994 – Bakıda və Gəncədə dövlət çevrilişinə cəhd olub. Çevrilişə hazırlıq olaraq oktyabrın 3-nə keçən gecə DİN-in Xüsusi Təyinatlı Polis Dəstəsinin rəhbəri Rövşən Cavadov və qardaşı, Bakının Xətai rayonunun prokuroru Mahir Cavadov silahlı dəstə ilə Respublika Prokurorluğuna basqın etmişdilər. Oktyabrın 4-dəı proseslərin əsas idarəçisi olan baş nazir Surət Hüsenyovun göstərişi ilə silahlı dəstələr Gəncədə hakimiyyəti devirməyə cəhd etmişdilər. Həmin kritik vaxtda prezident Heydər Əliyevin tədbirli siyasəti və qətiyyəti sayəsində bu cəhdin qarşısı alındı, Gəncədə silahlı çevriliş etmək istəyən qüvvələr zərərsizləşdirildi. Oktyabrın 4-ü gecə Heydər Əliyevin çağırışı ilə Bakıda Prezident Aparatının binası önünə toplanan on minlərlə insan dövlət başçısına dəstək verdi.

 

4 oktyabr 2000 - Görkəmli bəstəkar, pianoçu, dirijor, Xalq artisti, Azərbaycan estrada musiqisinin banilərindən biri Tofiq Quliyev (7.11.1917-2000) vəfat edib. Çoxsaylı populyar mahnıların, film və tamaşalara yazılmış musiqi əsərlərinin müəllifidir. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi