“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
13.10.2013, 09:22
1328

Azərbaycan tarixi günbəgün: 13 oktyabr

A- A+

13 oktyabr 1921 –Naxçıvanı Azərbaycan ayrılmaz hissəsi kimi təsbir edən Qars müqaviləsi imzalanıb...

 

13 oktyabr 1827 – Rusiya-İran müharibəsi (1826-1828) gedişində Cənubi Azərbaycan torpaqlarına daxil olan rus qoşunları Təbrizi ələ keçiriblər. Bunun ardınca general İvan Paskeviçin qoşunları Ərdəbil və Urmiyanı da işğal etdilər. Ruslar işğalın coğrafiysını genişləndirməklə gələcək sülh müqaviləsində maksimum üstünlük əldə etmək niyyəti güdürdülər. 1828-ci ilin fevralında bağlanan Türkmənçay müqaviləsinin şərtləri (Naxçıvan və İrəvan xanlıqlarının işğalı, İrandan külli miqlarda təzminat alınması və s.) bunu təsdiqlədi.

 

13 oktyabr 1880 – Bakı–Sabunçu-Suraxanı xəttinin istifadəyə verilməsi ilə Azərbaycanda dəmir yolu nəqliyyatının əsası qoyulub. Prezident İlham Əliyevin 2005-ci 7 oktyabr tarixli sərancamı ilə Azərbaycan dəmir yolunun yarandığı gün – 13 oktyabr “Dəmir yolu işçilərinin peşə bayramı günü” elan olunub.

 

13 oktyabr 1921 – Türkiyə, Rusiya və Cənubi Qafqazın üç sovet respublikası - Azərbaycan, Ermənistan və Gürcüstan arasında Qars müqaviləsi imzalanıb. Sənəd 1921-ci ilin martında Rusiya ilə Türkiyə arasında bağlanmış Moskva müqaviləsinin davamı idi. Qars müqaviləsində Moskva sazişinin Cənubi Qafqazla bağlı müddəaları dəqiqləşdirildi, Türkiyənin Azərbaycan, Ermənistan və Gürcüstanla sərhədləri müəyyənləşdi. Müqavilənin mühüm bəndlərindən biri Naxçıvanla bağlı idi. Sənəddə Naxçıvanın Azərbaycan ərazisi olduğu və Türkiyənin razılığı olmadan Naxçıvanın yurisdiksiyasının dəyişdirilməsinin yolverilməzliyi təsbitlənmişdi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi