“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.10.2013, 10:21
1498

Azərbaycan tarixi günbəgün: 24 oktyabr

A- A+

24 oktyabr 1992 - ABŞ Konqresində Azərbaycana humanitar yardımı qadağan edən qərar ("Azadlığa Dəstək Aktı"na 907 saylı düzəliş) qəbul olunub...

 

24 oktyabr 1882 - Görkəmli mütəfəkkir-şair, yazıcı, dramaturq Hüseyn Cavid (Hüseyn Molla Abdulla oğlu Rasizadə, 1882-1941) Naxçıvanda anadan olub. Azərbaycan ədəbiyyatında ilk mənzum dramların, tarixi-fəlsəfi pyeslərin ("İblis", "Topal Teymur", "Şeyx Sənan", «Xəyyam» və s.) müəllifidir. 1938-ci ildə repressiya olunub, 1941-ci ildə Sibirdə sürgündə vəfat edib. 1982-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Hüseyn Cavidin nəşi Vətənə gətirilərək Naxçıvanda dəfn olunub.

 

24 oktyabr 1919 - ABŞ-ın Cənubi Qafqazdakı hərbi nümayəndəsi polkovnik Qaskel Ermənistanla Azərbaycanın Naxçıvan üstündə mübahisəsini çözmək üçün bölgənin neytral zona elan edilməsi və ABŞ general-qubernatorluğunun idarəçiliyinə verilməsi təşəbbüsü ilə çıxış edib. ABŞ rəsmisi bunun müqabilində Qarabağ və Zəngəzurun Azərbaycan ərazisi kimi tanınacağını vəd edib. Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi ABŞ nümayəndəsinin bu təklifini rədd edib.

 

24 oktyabr 1992 - ABŞ Konqresində keçmiş sovet respublikalarına humanitar yardımı tənzimləyən qanuna - «Azadlığa Dəstək Aktı»na 907 saylı düzəliş əlavə edilib. Erməni lobbisinin təşəbbüsü ilə qəbul edilən sənəd Azərbaycana ABŞ-ın dövlət yardımını qadağan edirdi. Azərbaycan uzun müddət 907-nin ləğvi üçün səy göstərdi, yalnız 2001-ci ilin sonunda Konqres ABŞ administrasiyasının müraciət əsasında qadağanın qüvvəsini dayandırdı.

 

24 oktyabr 1993 - Ermənistanın işğalçı qüvvələri Qarabağın cənubunda yeni hücuma keçiblər. Füzulinin Horadiz qəsəbəsi ətrafında və Arazboyu kəndlərində döyüşlər başlanıb.

 

24 oktyabr 2008 - İkinci müddətə Azərbaycan Respublikasının prezidenti seçilmiş İlham Əliyevin rəsmi andiçmə (inauqurasiya) mərasimi keçirilib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi