“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
03.10.2013, 09:23
1341

Azərbaycan tarixi günbəgün: 3 oktyabr

A- A+

3 oktyabr 1993 – Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Heydər Əliyev ölkənin yeni prezidenti seçilib...

 

3 oktyabr 1806 – Birinci Rusiya-İran müharibəsi (1804-1813) gedişində rus qoşunları Bakını işğal ediblər. Rusiya qoşunları hələ 1806-cı ilin fevralında Bakını mühasirəyə almışdı. O zaman general Pavel Sisianov şəhərin təslim edilməsi ilə bağlı Bakı hakimi Hüseyqulu xanla danışıqlar aparan zaman öldürülmüş və bundan sonra ruslar geri dönmüşdü. Yeni hücumla Bakını ələ keçirən rus qoşunları şəhərdə böyük qırğın və talan törətmişdi. İşğaldan sonra Bakı xanlığı ləğv olundu və xanlığın ərazisində Rusiyanın Qafqaz hakimliyin Bakı dairəsi yaradıldı.

 

3 oktyabr 1875 – Görkəmli yazıçı, dramaturq Süleyman Sani Axundov (1875-1939) anadan olub. Yazıçının «Qorxulu nağıllar» adı altından toplanan hekayələri Azərbaycan uşaq ədəbiyyatının klassikası sayılır.

 

3 oktyabr 1921 – Tanınmış tibb alimi, professor Tamerlan Əliyev (1921-1997) anadan olmuşdur. 

 

3 oktyabr 1993 – Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. 1993-cü il iyunun 24-də Milli Məclis tərəfindən Əbülfəz Elçibəyin prezident səlahiyyətlərindən mərhum edilməsindən və həmin il avqustun 29-da bununla bağlı ümumxalq referendumu keçirilməsindən sonra növbədənkənar prezident seçkiləri elan edilmişdi. Seçkilərin rəsmi nəticələrinə görə, səsvermədə iştirak etmiş seçicilərin 98,8 faizi Heydər Əliyevin lehinə səs vermişdi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

 

Xəbərlər
Redaktorun seçimi