“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
26.10.2013, 10:44
1444

Azərbaycan tarixi günbəgün: 26 oktyabr

A- A+

26 oktyabr 1917 - Bakıda «Müsavat» partiyasının I qurultayı işə başlayıb. Azərbaycanın müstəqqilliyi uğrunda mübarizə partiyanın əsas məramı elan edilib...

 

26 oktyabr 1917 - Bakıda «Müsavat» partiyasının I qurultayı (26-31 oktyabr) işə başlayıb.  Qurultayda «Müsavat»ın ilk Proqramı qəbul olunub, Azərbaycanın müstəqqilliyi uğrunda mübarizə partiyanın əsas məramı elan edilib. Məhəmmədəmin Rəsulzadə partiyanın sədri seçilib. «Müsavat»ın əsası 1911-ci ildə qoyulmuşdu və Rəsulzadə hələ Türkiyədə mühacirətdə ikən partiyanın lideri seçilmiş, 1913-cü ildə Bakıya qayıtdıqdan sonra partiyaya bilavasitə rəhbərlik etmişdi. 1917-ci ilin iyununda «Müsavat» «Türk Ədəmi Mərkəziyyət» («türk federalistlər») partiyası ilə birləşərək müsəlman (azərbaycanlı) əhalinin geniş dəstəyinə malik təşkilata çevrilmişdi.

 

26 oktyabr 1926 - Məşhur neftçi Qurban Abbasqulu oqlu Abbasov («Neftçi Qurban», 1926-1992) Naxçıvan Muxtar Respublikası Babək rayonunun Payız kəndində anadan olub.

 

26 oktyabr 1999 - ABŞ dövlət katibinin müavini Stroub Telbott Qarabağ danışıqlarındakı vəziyyəti müzakirə etmək üçün Yerevana, oradan Bakıya gəlib. Həmin dövr sülh danışıqlarının intensiv mərhələsi idi və noyabrın 17-19-da ATƏT-in İstanbul sammiti əsnasında Qarabağa dair müəyyən razılaşmanın imzalanacağı gözlənilirdi. Bu arada Azərbaycanda xarici siyasət məsələləri üzrə dövlət müşaviri Vəfa Quluzadə, XİN başçısı Tofiq Zülfüqarov, prezidentin köməkçisi Eldar Namazov istefa vermişdilər və gözlənilən sülh anlaşması ilə bağlı ictimai rəydə geniş ajiotaj vardı. Lakin oktyabrın 27-də Ermənistanda baş verən parlament terroru (parlamentin sədri Karen Dəmirçyanın, baş nazir Vazgen Sarkisyanın qətlə yetirilməsi) sülh anlaşması imkanlarını tamamilə heçə endirdi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi