“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.10.2013, 09:40
1240

Azərbaycan tarixi günbəgün: 29 oktyabr

A- A+

29 oktyabr 1993 - Ermənistan silahlı qüvvələri Azərbaycanın Zəngilan rayonunu, habelə Cəbrayıl rayonunun Arazboyu kəndlərini işğal edub...

 

29 oktyabr 1991 – Azərbaycan Respublikasının Ali Soveti Azərbaycanın müstəqilliyinin tanınması xahişi ilə BMT-yə müraciət qəbul edib. BMT-nin Baş Assambleyası sovet respublikalarının təşkilata qəbulu məsələsini dekabrda müzakirəyə çıxarsa da, həmin vaxt yalnız üç Baltikyanı respublika üzvlüyə qəbul edildi. Azərbaycanın və keçmiş SSRİ-nin digər respublikalarının BMT-yə qəbulu 1992-ci il martın 2-də gerçəkləşdi.

 

29 oktyabr 1993 - Ermənistan silahlı qüvvələrinin hücumu Zəngilan rayonunun, habelə Cəbrayıl və Füzuli rayonlarının Arazboyu yaşayış məntəqələrinin işğalı işə başa çatıb.  Zəngilan rayonun 707 kv km-lik ərazisi (rayon mərkəzi və 93 yaşayış məntəqəsi) erməni qüvvələrinin əlinə keçib. Rayonun 35 min nəfər əhalisi didərgin düşüb. Zəngilan Ermənistanın hərbi təcavüzü zamanı Azərbaycanın sonuncu işğal edilən rayonudur. Erməni təcavüzü zamanı rayonun 200-dək sakini həlak olub.

 

29 oktyabr 1994 – BMT-nin baş katibi Butros Butros Qali Azərbaycan prezidenti Heydər Əliyevin dəvətilə Bakıya səfərə gəlib. Səfər gedişində BMT baş katibi Azərbaycan prezidenti ilə danışıqlar aparmış, Milli Məclisdə çıxış etmiş, məcburi köçkünlərlə görüşmüşdü.

 

29 oktyabr 1994 – Azərbaycanla Mavritaniya arasında diplomatik münasibətlər qurulub.

 

29 oktyabr 2004 – BMT Baş Assambleyasının 59-cu sessiyasının iclasında «Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət» adlı məsələ səs çoxluğu ilə sessiyanın gündəliyinə daxil edilib. Səsvermə zamanı 43 dövlət lehinə, 1 dövlət (Ermənistan) əleyhinə səs vermiş, 99 dövlət bitərəf qalmışdı. Məsələnin müzakirəsi 2004-cü il noyabrın 23-də keçirildi.

 

29 oktyabr 2008 – Prezident İlham Əliyev Artur Rasizadənin Azərbaycan Respublikasının baş naziri təyin olunması haqqında sərəncam imzalayıb. 2008-ci il 15 oktyabr prezident seçkilərindən sonra Nazirlər Kabineti, Konstitusiyanın tələbinə uyğun olaraq istefaya getmişdi. Oktyabrın 28-də Milli Məclis Artur Rasizadənin Azərbaycanın yeni hökumətinin başçısı təyin olunması ilə bağlı təqdimatı təsdiqləmişdi. Artur Rasizadə 1996-cı ildən Azərbaycan Respublikasının baş naziridir. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi