“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
03.12.2013, 09:17
1558

Azərbaycan tarixi günbəgün: 3 dekabr

A- A+

3 dekabr 1996 - ATƏT-in Lissabon sammitində Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanması barədə bəyanat qəbul olunub...

 

3 dekabr 1991 - Ali Sovet Azərbaycanın müstəqilliyinin tanınması xahişi ilə BMT-yə və dünya dövlətlərinə müraciət qəbul edib. Müraciətə ilk reaksiya Rumıniya (11 dekabr) və Pakistandan (13 dekabr) gəldi və onlar Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan 2-ci və 3-cü ölkə oldular.

 

3 dekabr 1996 - ATƏT-in Lissabonda (Portuqaliya) keçirilən sammitində (2-3 dekabr) Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə bəyanat qəbul olunub. Sammitin yekun sənədində Qarabağ nizamlanmasının üç prinsipi əks etdirən bənd yer almışdı: Azərbaycanın ərazi bütövlüyü bərpa edilir, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusu verilir, bölgənin hər iki icmasının təhlükəsizliyi təmin olunur. Lakin Ermənistan konsensus prinsipindən sui-istifadə edərək həmin maddəyə razılıq vermədi. Prezident Heydər Əliyev isə cavab addımı kimi bütövlükdə sammitin yekun sənədinə veto qoyacağını bildirdi. Nəticədə kritik vəziyyətdən çıxış yolu kimi ABŞ, Rusiya, Fransa və digər ölkələrin səyi ilə həmin müddəalar ATƏT-in sədri, İsveçrə XİN başçısı Flavio Kottinin xüsusi bəyanatı şəklində qəbul olundu. ATƏT-in 53 ölkəsi sənədi qəbul etsə də, Ermənistan onun əleyhinə səs verdi. Lissabon prinsipləri indiyədək Qarabağ nizamlanmasının başlıca prinsipləri olaraq qalmaqdadır.

 

3 dekabr 2008 - Bakıda Avropa Şurası mədəniyyət nazirlərinin «Mədəniyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır» mövzusunda konfransında «Bakı bəyannaməsi» qəbul olunub. İlk dəfə olaraq Bakı konfransında Avropa ilə yanaşı, müsəlman ölkələri də iştirak ediblər. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi