“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
23.12.2013, 09:00
1457

Azərbaycan tarixi günbəgün: 23 dekabr

A- A+

23 dekabr 1947 - SSRİ Nazirlər Soveti «Ermənistan SSR-də yaşayan azərbaycanlıların Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında» qərar qəbul edib...

 

23 dekabr 1947 - SSRİ Nazirlər Soveti «Ermənistan SSR-də yaşayan azərbaycanlıların Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında» 4083 saylı qərar qəbul edib. Qərarın təşəbbüskarı SSRİ Nazirlər Soveti sədrinin müavini, İ.Stalinin «sağ əli» A. Mikoyan idi. Qərara görə, azərbaycanlı əhalinin yerinə xaricdən ermənilər köçürülməli idilər. Qərar sərt şərtlərlə hazırlanmışdı, tarixi yurdunu, ev-eşiyini atıb köçməyə məcbur edilən insanlara ailə başına cəmi 2 ton yük (mal-qara, yataq və s.) götürməyə icazə verilirdi. Azərbaycan SSR-in rəhbəri M.Bağırovun İ.Stalinə müraciətindən sonra bu şərtləri qismən yumşaldan ikinci qərar (10 mart 1948) verildi. 1948-1953-cü illərdə 100 minə yaxın azərbaycanlı Ermənistandan deportasiya edildi, Stalinin ölümündən sonra onların bir qismi geri qayıtsa da, 1988-ci ilin deportasiyası azərbaycanlılara qarşı etnik təmizləməni başa çatdırdı.

 

23 dekabr 1961 - Yazıçı-dramaturq Elçin Hüseynbəyli Cəbrayıl rayonunda anadan olub. 

 

23 dekabr 1991 - İsveçrə Konfederasiyası Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il yanvarın 21-də quruldu.

 

23 dekabr 2005 - Bakı-Aktau (Qazaxıstan) reysini yerinə yetirən AN-140 sərnişin təyyarəsi Heydər Əliyev adına beynəlxalq hava limanında havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayaraq Nardaran qəsəbəsi yaxınlığında, Xəzər sahilində yerə düşüb. Təyyarədə olan 18 sərnişin və 5 heyət üzvü həlak olub. Onların 15-i Azərbaycan, 8-i xarici ölkə vətəndaşları idi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi