“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
31.12.2013, 09:33
1105

Azərbaycan tarixi günbəgün: 31 dekabr

A- A+

31 dekabr 1989 - Naxçıvan Muxtar Respublikasında minlərlə insan SSRİ-İran sərhədində aksiya keçirib. Bu tarixi hadisə ilə bağlı 31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü elan olunub...

 

31 dekabr 1812 - Rusiya-İran müharibəsi (1804-1813) gedişində Şimali Azərbaycan torpaqlarında işğalçılıq yürüşünü davam etdirən rus qoşunları Talış (Lənkəran) xanlığının mərkəzi olan Lənkəran qalasını ələ keçiriblər. Talış xanlığının süqutu ilə müharibə faktiki başa çatdı. Gülüstan sülh müqaviləsi (12 oktyabr 1813) ilə Şimali Azərbaycan xanlıqları (Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla) Rusiyaya birləşdirildi.

 

31 dekabr 1903 - Azərbaycan kinosunun ilk rejissorlarından olan Mikayıl Mikayılov (1903-1986) anadan olub. 

 

31 dekabr 1905 - Görkəmli alim, akademik, ictimai xadim Yusif Məmmədəliyev (1905-15.12.1961) anadan olmuşdur. Yusif Məmmədəliyev 1947-1951 və 1958-1961-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti olub.

 

31 dekabr 1910 - Dramaturq, nasir Əbil Məmməd oğlu Yusifov (Əbil Yusif, 1910 - 29.3.1984) anadan olub.

 

31 dekabr 1920 - Şair Zeynal Cabbarzadə (Zeynal Əliabbas oğlu Cabbarov, 1920 - 20.1.1977) anadan olub.

 

31 dekabr 1934 - Böyük yazıçı-dramaturq Cəfər Cabbarlı (22.3.1899, Xızı - 1934, Bakı) Cəfər Cabbarlı vəfat edib.

 

31 dekabr 1989 - Naxçıvan Muxtar Respublikasında minlərlə insan SSRİ-İran (Azərbaycan-İran) sərhədində aksiya keçirərək sərhəd dirəklərini sökməyə başlayıb. Onilliklər ərzində bir-birindən ayrı düşmüş şimallı-cənublu azərbaycanlılar Araz çayı üzərində qovuşublar. Bu hadisə Azərbaycan tarixinə “sərhəd hərəkatı” – milli həmrəylik aksiyası kimi düşdü. Azərbaycan parlamentin qərarı (25 dekabr 1991) ilə 31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü elan olundu.

 

31 dekabr 1989 - İstanbulda dünya azərbaycanlılarının ilk konqresi işə başlayıb. Bu, azərbaycanlı diasporunun təşəkkül tapması istiqamətində əlamətdər hadisə idi.

 

31 dekabr 1991 - Danimarka Azərbaycanın dövlət müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il aprelin 2-də qurulub.

 

31 dekabr 1991 - İspaniya Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. Diplomatik əlaqələr 1992-ci il fevralın 11-də yaradılıb. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi