“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
05.12.2013, 09:27
1172

Azərbaycan tarixi günbəgün: 5 dekabr

A- A+

5 dekabr 2003 - Bir illik fasilədən sonra ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Qarabağ sülh prosesi bərpa olunub...

 

5 dekabr 1906 - Xalq artisti Əşrəf Əmrah oğlu Yusifzadə (1906 - 7.3.1963) Naxçıvanın Şərur rayonunun Sərxanlı kəndində doğulub. Bakı Türk İşçi Teatrında, 1933-cü ildən ömrünün sonunadək Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib. “Səhər” (Mirəli), “Kölgələr sürünür” filmlərində çəkilib.

 

5 dekabr 1921 - Tanınmış aktyor, Xalq artisti Həsənağa Salayev (1921 - 2.10.1981) anadan olub. "Görüş" (Musa), "O olmasın, bu olsun" (Əzim Əzimzadə), "Onu bağışlamaq olarmı?" (Qüdrət), "Aygün" (Əmirxan) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

5 dekabr 1924 - Tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Şamil Fərəməz oğlu Mahmudbəyov (1924-1997) anadan olub. “Qaraca qız”, “Romeo mənim qonşumdur”, “Şərikli çörək”, “Həyat bizi sınayır”, “Dərviş Parisi partladır” (Kamil Rüstəmbəyovla birgə) və s. filmlərə quruluş verib.

 

5 dekabr 1994 - Budapeştdə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) iştirakçısı olan ölkələrin dövlət başçılarının sammiti işə başlayıb. Sammitdə (5-6 dekabr) Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində ATƏT-in fəaliyyətinin gücləndirilməsi barədə qərar qəbul olunub. Sənəddə münaqişənin iki mərhələdə həlli əksini tapmışdı: birinci mərhələ - işğal olunmuş ərazilərin boşaldılması və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının təmin olunması; ikinci mərhələ - münaqişənin tam və hərtərəfli həlli üçün Minsk konfransının çağırılması. Sammitdə həmçinin siyasi razılığın həyata keçirilməsindən sonra münaqişə bölgəsinə beynəlxalq sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edilib. Qərara əsasən, sülhməramlı kontingentdə bir ölkə 30 faizdən artıq təmsilçiliyə malik ola bilməzdi. Sammitdə Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Levon Ter-Petrosyan arasında növbəti görüş keçirilib. Budapeşt sammitinin yekunu olaraq ATƏM-in ATƏT adlandırılması barədə qərar qəbul olunub.

 

5 dekabr 2003 - Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupunun Rusiya, ABŞ və Fransadan olan həmsədrləri ilə ilk görüşü olub. Bir illik fasilədən sonra Qarabağ sülh prosesi bərpa olunub. Həmsədrlərin Azərbaycan və Ermənistan rəhbərləri ilə sonuncu görüşü 2002-ci ilin noyabrında olmuşdu. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi