“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
11.12.2013, 10:17
1301

Azərbaycan tarixi günbəgün: 11 dekabr

A- A+

11 dekabr 1988 - Zəlzələdən sonra Ermənistana yardım aparan Azərbaycan təyyarəsi qəzaya uğrayıb, 63 nəfər xilasedici və 9 ekipaj üzvü həlak olub...

 

11 dekabr 1905 - Çar II Nikolay Rusiya Dövlət Dumasına seçkilər barədə fərman verib. Duma 1906-cı il aprelin 27-də işə başladı. Azərbaycanda seçkilər mayın 31-də keçirildi və beş azərbaycanlı Dumanın deputatı seçildi.

 

11 dekabr 1918 - Xalq yazıçısı Bayram Salman oğlu Bayramov (1918 - 9.11.1994) Ağdamın Şivənd kəndində anadan olub. Böyük Vətən müharibəsində (1941-1945) iştirak edib. “Yarpaqlar”, “Onun gözləri”, “Arakəsmələr”, “Karvan yolu” və s. romanların, digər nəsr əsərlərinin müəllifidir. “Mən ki gözəl deyildim” (1968), “Firəngiz” (1975), “Onun bəlalı sevgisi” (1980) filmlərinin ssenarisini yazıb. 1989-1992-ci illərdə Qarabağa Xalq Yardımı Komitəsinə rəhbərlik edib.

 

11 dekabr 1988 - Ermənistandakı zəlzələdən (7 dekabr) sonra bu ölkəyə ilk yardım edənlərdən biri Azərbaycan olub. Lakin erməni tərəfi xislətinə sadiq qalaraq Azərbaycan təyyarəsini qəbul etməyib. Leninakan (Gümrü) hava limanında dispetçerlər tərəfindən yanlış istiqamətləndirilən «İl-76» təyyarəsi dağa dəyərək partlayıb, 63 nəfər xilasedici (ehtiyatda olan hərbçi) və 9 ekipaj üzvü həlak olub. Bir nəfər xilas olsa da, ömürlük şikəst qalıb. Buna rəğmən Azərbaycandan Ermənistana qatarla humanitar yardım və 150 nəfər inşaatçı göndərildi. Dağıdıcı zəlzələ (25 minədək adam ölmüşdü) ilə dünyanın diqqətini özünə cəlb edən Ermənistan azərbaycanlıların deporatasiyasını başa çatdırdı, dünya isə bunu «görmədi».

 

11 dekabr 1991 - Xalq Cəbhəsinin təzyiqi ilə general-leytenant Valeh Bərşadlı müdafiə naziri vəzifəsindən azad edilib, onun yerinə respublikanın hərbi komissarı Tacəddin Mehdiyev təyin edilib. İki aya yaxın nazir olan T.Mehdiyev isə «Daşaltı faciəsi» (26 yanvar 1992) ilə yadda qaldı.

 

11 dekabr 1991 - Rumıniya Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olub. İki ölkənin diplomatik əlaqələri 1992-ci il iyunun 21-də quruldu.

 

11 dekabr 2003 - Cenevrədə keçirilən «İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti»ndə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan rəhbəri Robert Koçaryan arasında ilk görüş olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi