“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
18.12.2013, 09:22
1012

Azərbaycan tarixi günbəgün: 18 dekabr

A- A+

18 dekabr 1997 - Prezident Heydər Əliyev 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR-dən deportasiyasına tarixi-siyasi qiymət verən fərman imzalayıb...

 

18 dekabr 1917 - Bolşevik Rusiyasının rəhbəri, RSFSR Xalq Komissarları Sovetinin sədri Vladimir Lenin Bakı bolşeviklərinin lideri Stepan Şaumyanı Qafqaz işləri üzrə fövqəladə komissar təyin edib. Qərara əsasən, Şaumyana Cənubi Qafqazda sovetləşmə siyasətini həyata keçirmək, həmçinin Rusiya ordusunun cənub (Türkiyə ) cəbhəsindəki qüvvələrinə faktiki rəhbərlik hüququ verilmişdi. Bu təyinat Şaumyan və onun daşnak-bolşevik əlaltılarına Bakıda və bütövlükdə Cənubi Qafqazda türk-müsəlman əhaliyə qarşı kütləvi qırğınlar həyata keçirmək üçün mütəsna imkanlar verirdi və ermənilərin 1918-ci ilin martında həyata keçirdiyi soyqırımı bunu bariz şəkildə göstərdi.

 

18 dekabr 1928 - Görkəmli xanəndə, musiqiçi Qulu Rüstəm oğlu Əsgərov (1928 - 1989) Salyan rayonunda doğulub.

 

18 dekabr 1997 - Prezident Heydər Əliyev «1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi sürətdə deportasiyası haqqında» fərman imzalayıb. Fərmanda 100 minə yaxın azərbaycanlının ata-baba yurdlarından deportasiyasına dair SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr və 1948-ci il 10 mart tarixli qərarlarına siyasi qiymət verilir, bu deportasiya aktlarının XIX əsrin əvvəlindən başlayaraq azərbaycanlılara qarşı həyata keçirilmiş təqib, terror və soyqırımı siyasətinin tərkib hissəsi olduğu vurğulanırdı.

 

18 dekabr 2008 - Bakıda Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə “Azərbaycan - Şərqin dünyaya açılan qapısı” mövzusunda iclası keçirilib. İclasın yekununda “Dünya Azərbaycanlılarının həmrəylik xartiyası”nın layihəsi əsas kimi qəbul olunub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi