“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.12.2013, 09:24
1417

Azərbaycan tarixi günbəgün: 29 dekabr

A- A+

29 dekabr 2000 - Azərbaycan Respublikasının Dövlət Neft Fondu yaradılıb...

 

29 dekabr 1921 - Xalq yazıçısı, görkəmli ədəbiyyatşünas alim və publisist Əzizə Cəfərzadə (1921-2003) anadan olub. 

 

29 dekabr 1929 – Tarixçi alim, professor Püstəxanım Əzizağa qızı Əzizbəyova (1929 - 8.1.1998) anadan olub.

 

29 dekabr 1991 - Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına münasibətlə bağlı referendum keçirilib. Oktyabrın 18-də Ali Sovetdə qəbul olunan tarixi sənəd respublika rəhbərliyi tərəfindən yalnız SSRİ süqut edəndən sonra ümumxalq səsverməsinə çıxarılmışdı və artıq referendum sırf formal xarakater daşıyırdı.

 

29 dekabr 1998 - Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Milli Məclisi tərəfindən təsdiq edilərək qüvvəyə minib.

 

29 dekabr 2000 - Prezident Heydər Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması barədə fərman imzalayıb. 

 

29 dekabr 2000 - Prezident Heydər Əliyev 2001-ci il, XXI əsr və III minilliyin başlaması münasibətilə Azərbaycan xalqına müraciət edib. Müraciətdə Azərbaycan xalqının qədim dövrlərdən XX əsrin sonunadək keçdiyi tarixi yol geniş təfərrüatı ilə təhlil olunur. Müraciətdə həmçinin Azərbaycanın gələcək strateji inkişaf istiqamətləri qeyd olunur.

 

29 dekabr 2006 - Prezident İlham Əliyev Bakı şəhərində Heydər Əliyev Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb. Mərkəzin təməlaatma mərasimi 2007-ci ilin sentyabrında keçirildi, 2012-ci ildə rəsmi açılışı oldu.

 

29 dekabr 2006 - Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası yaradılıb. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi